• $
  • £

Yelo Invest-də limit sifarişi funksiyası aktiv oldu


Yelo Invest-də limit sifarişi funksiyası aktiv oldu
07.07.2025 15:53



Əlavə gəlir qazanmağın müasir maliyyə alətlərindən biri investisiya etməkdir. Lakin bazarın ritminə çatmaq, ən sərfəli qiyməti tutmaq və vaxtında qərar vermək həmişə asan olmur. Yelo Bank olaraq, müştərilərimizin investisiya təcrübəsini daha da rahat və peşəkar etmək üçün Yelo Invest məhsulumuzda limit sifarişi funksiyasını təqdim etdik.

Bəs limit sifarişi nədir?

İndiyə qədər investorlar səhmləri və ETF-ləri yalnız bazarın açıq olduğu saatlarda və həmin anda mövcud olan qiymətə görə ala və sata bilirdilər. Yeni funksiya sayəsində artıq almaq və ya satmaq istədiyin qiyməti özün təyin edə bilirsən. Səhmin və ya ETF-in qiyməti seçdiyin həddə çatanda sistem avtomatik olaraq əməliyyatı həyata keçirir. Beləliklə, bazarı izləməyə və qiymət dəyişikliyini əldən verməyə ehtiyac qalmır - qərarı sən verirsən, icrasını isə sistem həll edir.

Üstəlik, bu funksiya investorlara daha çox vaxt verir — bazarda 16 saata qədər ticarət etmək mümkündür:
 

  • Pre-market: 12:00–17:30
  • Market saatları: 17:30–00:00
  • Post-market: 00:00–04:00
     

Yelo Invest ilə indi səhmlərə daha çox nəzarət, daha çox rahatlıq və daha çox fürsət sənin əlindədir. Sən də Yelo Invest xidmətindən faydalanıb, əlavə gəlir qazanmaq üçün Yelo App-i yüklə: //bit.ly/44kUcc0.

Qeyd edək ki, Yelo Invest xidməti “Unicapital İnvestisiya Şirkəti” ASC (lisenziya  №-si 087910) vasitəsilə həyata keçirilir.

Bank xidmətləri barədə əlavə suallarınız (məs: investisiya nədir?) var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol