• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

“Polis haqqında” qanuna dəyişiklik qəbul edilib

“Polis haqqında” qanuna dəyişiklik qəbul edilib
08.07.2025 11:54

Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək üçün polisin fəaliyyətinin maliyyələşdirilməsi mənbələri artırılır.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Polis haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürüləcək:

- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;

- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri üzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi.

Nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Analoji norma "Prokurorluq haqqında" qanunun 39-cu maddəsində də öz əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Cəmiyyət 15:34
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Cəmiyyət 14:46
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 14:23
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Təbriz-Bakı aviareysi açılıb
Cəmiyyət 13:43
Təbriz-Bakı aviareysi açılıb
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Cəmiyyət 13:21
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:09
Sabahın havası açıqlanıb
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Cəmiyyət 11:38
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Cəmiyyət 11:00
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Goranboyda piyada yol qəzasında xəsarət alıb
Cəmiyyət 10:40
Goranboyda piyada yol qəzasında xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol