• $
  • £

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10.07.2025 12:13

 

28 məktəbli beynəlxalq olimpiadalara hazırlıq proqramına vəsiqə qazandı

“Azercell Telekom” MMC-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində təşkil olunan “Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin finalı keçirilib. 

Üç mərhələdən ibarət seçim turunda ölkə üzrə ümumilikdə 4000-ə yaxın 6 və 7-ci sinif şagirdləri iştirak edib. Nəticədə 162 nəfər finala vəsiqə qazanaraq Azərbaycan Texniki Universitetində keçirilən son etapda öz bilik və bacarıqlarını nümayiş etdirib. Finalçılar üç saat ərzində beş alqoritmik məsələni C++ və Python proqramlaşdırma dillərində həll edərək tapşırıqları avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçiriblər.

Yekunda Bakı, Quba, Gəncə, Balakən, Şəki, Sumqayıt və Göyçaydan olan 28 məktəbli qalib elan olunub. Müsabiqənin qalibləri cari ilin oktyabr ayından etibarən informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq proqramına qoşulacaq.

2017-ci ildən başlayaraq informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq təşəbbüsünə dəstək verən Azercell, artıq dördüncü ildir ki, “Azercell CUP” yarışmasını təşkil edir.  Bu müsabiqə gənc nəslin informatika, proqramlaşdırma və kompüter elmlərinə marağını təşviq etməklə yanaşı, onların bu istiqamətlərdə bacarıqlarının inkişafına töhfə verir.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol