• $
  • £

Azərbaycan Ukrayna ilə qaz əməkdaşlığına gedəcəkmi?

Azərbaycan Ukrayna ilə qaz əməkdaşlığına gedəcəkmi?
14.07.2025 09:05

Ukrayna Azərbaycana təbii qaz ixracını dəstəkləmək məqsədilə  öz yeraltı qaz anbarlarını istifadəyə təklif edib. Bu barədə Ukraynanın energetika naziri German Qaluşenko Bakıya səfəri zamanı bildirib.

Nazirin sözlərinə görə, Bakı görüşü prezidentlər İlham Əliyev və Volodimir Zelenskinin telefon danışığından sonra razılaşdırılıb.

Tərəflər arasında imzalanan yol xəritəsi Azərbaycan qazının Ukraynaya nəqli və yeraltı qaz anbarlarının beynəlxalq istifadəsi üzrə yeni əməkdaşlıq formatlarını əhatə edir.

Qaluşenko bildirib ki, Azərbaycanın qazı Ukraynanın iri tutumlu yeraltı anbarlarında saxlanıla və uzunmüddətli müqavilələrlə, həm də birja ticarəti vasitəsilə satıla bilər. Bu isə qazın daha yüksək qiymətlərlə realizə olunması imkanını yaradır.

Azərbaycan və Ukrayna arasında bu istiqamətdə ilkin müzakirələr 2025-ci ilin yanvarında Davosda keçirilən  Zelenski–Əliyev görüşündə aparılıb. Həmin vaxtdan bəri tərəflər mümkün marşrutları, o cümlədən Rumıniya üzərindən keçəcək Balkan dəhlizini nəzərdən keçirirlər.

Ukrayna həmçinin Azərbaycanın Avropaya ixrac planlarına dəstək göstərir. Bakı daxili istehlakı azaltmaqla əlavə 10–14 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

Ukraynanın özünün də “mavi yanacaq”a tələbatı artır.

2025-ci ilin qışında ölkənin anbarlarındakı ehtiyatlar rekord səviyyədə azalıb.

Rəsmi Kiyev bu səbəbdən istilik mövsümünü vaxtından əvvəl başa vurub və təxminən 1 milyard avroluq qaz idxalı zərurəti ilə üz-üzə qalıb.

Ukrayna 2025-ci ilin əvvəlindən Rusiya qazının Avropa tranzitini dayandırıb.

Bu dəyişiklik fonunda ölkənin sistem təzyiqini saxlamaq üçün texniki qaz tələbi də artıb.

Yeni tərəfdaşlıq formatı çərçivəsində SOCAR-ın iştirakı və Ukraynanın anbar potensialı regional enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol