• $
  • £

Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb

Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14.07.2025 11:56

 

Unibank 2025-ci ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Ümumilikdə birinci yarım il ərzində ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin artırılması, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edilib. 

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib.  Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 25%-dən çox artaraq, 475 milyon manata çatıb və kredit portfelindəki payı 41%-i ötüb. Biznes portfelin tərkibində mikro kreditlərin də payında kəskin artım qeydə alınıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə mikro kreditlərin portfeldəki payında 40 %-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelində ötən ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 108 milyon manat təşkil edib. 

Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:  “2025-ci ilin ilk yarısı Unibank üçün davamlı inkişaf və strateji sabitliyin möhkəmləndiyi dövr oldu. Müştəriyönümlü yanaşmamız, rəqəmsal bankçılığın daha da təkmilləşdirilməsi və daxili idarəetmə sistemlərində aparılan optimallaşdırmalar nəticəsində əhəmiyyətli nəticələr əldə etdik. Qarşımızda duran əsas hədəf – innovativ, şəffaf və inklüziv maliyyə mühiti yaratmaqdır. İlin ikinci yarısında bu istiqamətdə yeni təşəbbüslərlə çıxış etməyi və ölkəmizin sosial-iqtisadi inkişafına daha çox töhfə verməyi planlaşdırırıq.

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 24%, sayı isə 30% artıb. İkinci rübün sonuna nağdsız əməliyyatların həcmi 6,9 milyard manatı, sayı isə 214 milyonu ötüb.

Bankın müştəri bazası ötən il ilə müqayisədə 9% artdığı üçün ümumi müştəri sayı 2,1 milyon nəfəri keçib. Ötən ilin eyni dövrü ilə müqayisədə sahibkar müştərilərin sayı 36%, hüquqi şəxslərin sayı isə 20 %-dək artıb. 

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcminin 68 milyon manat artması fonunda, ümumi depozit portfelinin həcmi 1,2 milyard manatı ötüb.

Bankın məcmu gəlirlərinin cəmi 178 milyon manata çatıb. Hesabat dövründə əməliyyat mənfəəti 25 milyon manata yaxınlaşıb, xalis mənfəət isə 6,9 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında da artım davam edib. Məcmu kapital 14% artaraq, 192 milyon manata çatıb, aktivlərin həcmi isə 129 milyon manat artaraq 1,8 milyard manatı ötüb.

Bank ilk yarım il ərzində kapital adekvatlılığı əmsalını da yüksəldib. Bu göstərici 30 iyun 2025-ci il tarixə 13,55 % təşkil edib. 

Unibank – Sənin Bankın!

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
İqtisadiyyat 13:55
"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
İqtisadiyyat 12:35
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl ucuzlaşıb - məzənnə
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
İqtisadiyyat 14:20
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
İqtisadiyyat 13:38
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol