• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Azərbaycanda 300 min manatlıq kütləvi maliyyə dələduzluğunda şübhəli şəxs saxlanılıb

Azərbaycanda 300 min manatlıq kütləvi maliyyə dələduzluğunda şübhəli şəxs saxlanılıb
15.07.2025 15:16

Azərbaycanda vətəndaşların şəxsi məlumatları və bank hesabları üzərindən kütləvi maliyyə dələduzluğu törətməkdə şübhəli bilinən şəxs əməliyyat-texniki tədbirlərlə saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

34 yaşlı Qulamov Eldəniz Şayiq oğlu qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə informasiya texnologiyalarından istifadə edərək bank hesablarına qanunsuz müdaxilə və oğurluq əməlləri törətməkdə şübhəli bilinir.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, şübhəli şəxslər müxtəlif sosial şəbəkələr və messencerlər (Facebook, Instagram, WhatsApp) üzərindən vətəndaşların şəxsiyyət vəsiqələrini, pasport və bank kartı məlumatlarını əldə edərək saxta profillərlə fəaliyyət göstəriblər. Özlərini bank və dövlət qurumlarının nümayəndəsi kimi təqdim edərək vətəndaşların üz görüntülərini də videoqeydiyyata alıblar.

Cinayətkar qrup əldə etdikləri məlumatları kiber mühitdə emal və istifadə edərək 300 min manatdan artıq maddi zərər vurub.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İyunda Azərbaycana gələn Yaxın Şərq turistlərinin sayı 32% azalıb
Cəmiyyət 16:09
İyunda Azərbaycana gələn Yaxın Şərq turistlərinin sayı 32% azalıb
Şuşada yanğın qeydə alınıb, mina partlayışları baş verib
Cəmiyyət 14:51
Şuşada yanğın qeydə alınıb, mina partlayışları baş verib
Hava ilə bağlı sarı xəbərdarlıq
Cəmiyyət 14:34
Hava ilə bağlı sarı xəbərdarlıq
Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə51 texnika, 4 helikopter cəlb olunub
Cəmiyyət 13:44
Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə51 texnika, 4 helikopter cəlb olunub
Ağdərədə açıq ərazidə yanğın: helikopter cəlb olunub
Cəmiyyət 12:20
Ağdərədə açıq ərazidə yanğın: helikopter cəlb olunub
İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 12:00
İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb
FHN meşə yanğınlarına qarşı əhalini ehtiyatlı olmağa çağırıb
Cəmiyyət 10:43
FHN meşə yanğınlarına qarşı əhalini ehtiyatlı olmağa çağırıb
Salyanda oğurluqlar edən rayon sakini saxlanılıb
Cəmiyyət 10:34
Salyanda oğurluqlar edən rayon sakini saxlanılıb
Naxçıvanda bəzi ərazilərə içməli suyun verilməsi dayandırılıb
Cəmiyyət 09:08
Naxçıvanda bəzi ərazilərə içməli suyun verilməsi dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol