• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

Birbank Biznes-in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşdi

Birbank Biznes-in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşdi
16.07.2025 16:07

Qadın sahibkarlığının inkişafına yönələn “She’s Next Empowered by Visa” qlobal təşəbbüsünün Azərbaycanda həyata keçirilən üçüncü dalğası yekunlaşdı. Layihə sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes və rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.  


16 may 2025-ci il tarixindən etibarən başlanan və 3 aya yaxın davam edən layihə çərçivəsində xanım sahibkarlar üçün “Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı keçirilib. Proqram 2 kateqoriya üzrə baş tutub. Kiçik və Orta bizneslər və Mikro biznesləri əhatə edən kateqoriyada iştirak üçün 400-dən çox xanım sahibkar müraciət edib. 

Bütün iştirakçılar She’s Next platformasında ödənişsiz onlayn mühazirə kursları keçmək imkanı əldə ediblər. Daha sonra layihənin şərtlərini uğurla tamamlayan – iştirakçı təcrübəli mentorların dəstəyi ilə final mərhələsinə hazırlanıb. Proqramın finalı 11 iyul 2025-ci ildə Bakıda keçirilib. Tədbir zamanı finalçılar layihələrini peşəkar münsiflər heyətinə təqdim ediblər. Təqdimatların nəticələrinə əsasən, hər iki kateqoriyada 3 nominasiya üzrə qalib ələn iştirakçılara bizneslərinin inkişafı üçün pul mükafatları təqdim edilib. Kiçik və Orta Bizneslər kateqoriyasında 3-cü yerin və 5000 manatın sahibi topdan və pərakəndə kosmetika, eləcə də məişət kimyası satışı ilə məşğul olan Cəmilə Quliyeva olub. “Bellabaci” kosmetika distribütor şirkətinin təsisçisi Gülarə Cumayeva isə 2-ci yerə və 10 000 manat mükafata layiq görülüb. 15 000 manat pul mükafatına və kateqoriyanın qalibi adına “Coffee 9bar” və “Street 9bar” biznesi ilə  Türkan Eyyubova layiq görülüb.  

Mikro Bizneslər kateqoriyası da sahibkar xanımların qalibiyyət uğrunda mübarizəsi ilə yadda qalıb. Qidalanma pozğunluğu mövzusunda təlimçi və məsləhətçi Şəlalə İbrahimova 5000 manatı qazanaraq layihənin 3-cü pilləsində qərar tutub. 2-ci yerə, həmçinin 10 000 manat pul mükafatına 2-6 yaş uşaqlar üçün inkişaf və təhsil proqramları üzrə ixtisaslaşmış təlim mərkəzinin təsisçisi Nigar Cəbiyeva sahib olub. Kateqoriyanın əsas mükafatını, yəni 15 000 manatı və qalib adını soyuq presləmə üsulu ilə təbii sabun istehsalı biznesinin, “Le miracle d'Asunta”-nın təsisçisi Asunta Adıgözəlova qazanıb. 
Tədbirdə həmçinin Visa və Birbank Biznes Azərbaycanda ilk birgə ko-brend biznes kartı olan She's Next kartının istifadəyə verildiyi elan edilib. Sahibkar xanımlar üçün nəzərdə tutulan kart öz sahibinə bir-birindən maraqlı və faydalı imtiyazlar təqdim edir. 

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün //birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyədən poladın idxalına çəkdiyi xərci 14 %-dən çox azaldıb
İqtisadiyyat 11:31
Azərbaycan Türkiyədən poladın idxalına çəkdiyi xərci 14 %-dən çox azaldıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti bahalaşıb
Baş nazirdən benzinlə bağlı yeni qərar
İqtisadiyyat 17:38
Baş nazirdən benzinlə bağlı yeni qərar
Ermənistan TRIPP layihəsi çərçivəsində Bakı ilə birbaşa dəmir yolu əlaqəsinə ümid edir
İqtisadiyyat 16:29
Ermənistan TRIPP layihəsi çərçivəsində Bakı ilə birbaşa dəmir yolu əlaqəsinə ümid edir
Yelo Bank-da kredit faizləri artıq 8.9%-dən başlayır!
İqtisadiyyat 13:43
Yelo Bank-da kredit faizləri artıq 8.9%-dən başlayır!
Yanvarda Azərbaycanda geri qaytarılan ƏDV 19,68 milyon manat olub
İqtisadiyyat 13:10
Yanvarda Azərbaycanda geri qaytarılan ƏDV 19,68 milyon manat olub
Unibank müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
İqtisadiyyat 12:51
Unibank müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
“Azeri Light” neftinin qiyməti 69,77 ABŞ dolları səviyyəsində stabilləşib
İqtisadiyyat 09:31
“Azeri Light” neftinin qiyməti 69,77 ABŞ dolları səviyyəsində stabilləşib
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:21
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol