• $ 1.7
  • € 1.9819
  • ₽ 0.021453
  • ₺ 0.0418
  • £ 2.284

Gilas bağlarında zərər artıb - fermerlər narazıdır

Gilas bağlarında zərər artıb - fermerlər narazıdır
18.07.2025 16:45

2025-ci ildə havaların pis keçməsi ilə əlaqədar 36 hektar gilas bağına zərər dəyməsi ilə bağlı Aqrar Sığorta Fonduna müraciət daxil olub. Bu barədə fonddan anews.az-ın sorğusuna cavab olaraq bildirilib.

2023-2024-cü illərdə  Ağstafa, Samux və Şəmkir rayonlarında baş verən hadisələr üzrə fermer və təsərrüfatlara ümumilikdə 83,8 min manat sığorta ödənişi həyata keçirilib. 

 Fermer Tahir Muradov bildirib ki, intensiv yağışlar səbəbindən meyvə yığımı ötən illə müqayisədə xeyli azalıb.

"Bu 2025-ci ildə havaların pis keçməsi ilə əlaqədar 36 hektar gilas bağına zərər dəyməsi ilə bağlı Aqrar Sığorta Fonduna müraciət daxil olub. Bu barədə fonddan anews.az-ın sorğusuna cavab olaraq bildirilib.

2023-2024-cü illərdə  Ağstafa, Samux və Şəmkir rayonlarında baş verən hadisələr üzrə fermer və təsərrüfatlara ümumilikdə 83,8 min manat sığorta ödənişi həyata keçirilib. 

 Fermer Tahir Muradov bildirib ki, intensiv yağışlar səbəbindən meyvə yığımı ötən illə müqayisədə xeyli azalıb.

"Bu il ötən ilki yığımın yarısından da az  məhsul topladıq. Ötən il hər ağacdan 30 kiloqram məhsul yığmışdıqsa, bu il güclə 10 kiloqram yığa bildik", –  o qeyd edib.

Fermerin sözlərinə görə, gəlir də müvafiq olaraq azalıb.

 “Keçən il satışdan 20-30 min manat qazanc götürmüşdük, bu il isə gəlirimiz  10 min manata belə çatmayıb", - o qeyd edib. 

Muradov həmçinin qeyd edib ki, məhsullar bazarda 3.5 manatdan 7 manata qədər dəyişən qiymətlərlə satılıb. O, məhsulunu sığorta etdirmədiyini bildirərək səbəbini belə izah edib.

 “Sığorta yalnız dolu, şaxta vurma kimi hallara görə verilir. Yağıntı səbəbindən ziyan dəyəndə ödəniş edilmir. Odur ki, bu il məhsulu sığorta etdirmədim", - o əlavə edib. 

Son 2 ildə gilas bağlarının sahiblərinə Aqrar Sığorta Fondu tərəfindən ümumilikdə 136,6 min manat sığorta ödənişi edilib.

Milli məclisin deputatı Razi Nurullayev bildirib ki, ölkənin  sığorta sistemində xeyli boşluq var.

"Kənd təsərrüfatında sığorta məsələsi ilə bağlı tam olaraq qanunvericiliyə baxmaq lazımdır. Bir fermer təbii fəlakət nəticəsində məhsulunu itirirsə ona sığorta ödənilməlidir.Dolu düşəndə də kəndliyə ödəniş olunmalıdır. Yağış səbəbindən məhsul azalırsa, buna görə sığortanın verilməməsi düzgün deyil.  Ümumiyyətlə konkret olaraq hər bir halı tam olaraq, qanuna da yazmaq olmur. Sığortanın verilməsində belə bir hal olmalıdır ki, bu sahibkarın günahı ucbatından baş verməyən haldırsa, ona sığorta ödənilməlidir. Təbii ki sığorta tam olaraq sahibkarı qane etmirsə, bu zaman sığortalamaq istəməyəcək. Bizdə sığorta sistemində xeyli boşluqlar var. Azərbaycanda sığortaya marağın artırılması, inkişafı üçün  qanunvericiliyimiz ciddi dəyişiklik edilməlidir. İnsanlar sığortadan istədikləri kimi yararlana bilmirlər",- deputat vurğulayıb.

 Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, Azərbaycanda bir çox fermerlər məhsuldarlığın artırılması üçün zəruri aqrotexniki tədbirləri bilmədən çalışırlar.

“Məhsuldarlığın yüksəlməsi üçün bitkilərə qulluq mütləqdir. Vaxtında suvarma, budama işləri aparılmalı, torpaq analiz olunmalı və bitkinin immun sistemi gücləndirilməlidir. 20-ə yaxın kimyəvi elementlə bitki təmin edilməlidir. Torpaqdan analiz götürüb hansı elementin çatmadığını yoxlamaq vacibdir. Əks halda bitkinin immun sistemi zəif olacaq və o stress amillərə dözə bilməyəcək”, – ekspert qeyd edib.

Onun sözlərinə görə, bitkinin immun sistemi möhkəm olmasa uzunmüddətli yağışın yağması, temperaturun dəyişməsi və ya küləyin əsməsi bitkinin inkişafına mənfi təsir edə bilər. 

“Çünki bitki özünü qorumağa çalışır. Bunun qarşısını almaq üçün elmə əsaslanaraq nəzarət tədbirləri görülməlidir, –  Məhərrəmov əlavə edib.

Ekspertin fikrincə, Azərbaycanda torpaq islahatları zamanı verilən pay torpaqları üzərində əksər hallarda effektiv kənd təsərrüfatı işləri aparılmır.

“Bizim kəndlilərin kifayət qədər bilgisi yoxdur. İnkişaf etmiş ölkələrdə torpaq sahələri aqronomlara verilir. Azərbaycanda və digər post sovet ölkələrində adamlara pay torpağı verilib. 30 il keçsə də kəndlilər öz üzərində işləmir, bilgilərini artırmaq istəmirlər. İnternetdən oxuyurlar, primitiv qaydada bitkilərə qulluq edirlər”, –  o bildirib.

Vahid Məhərrəmov qeyd edib ki, bu il yalnız gilas deyil, buğda və digər kənd təsərrüfatı məhsullarının da məhsuldarlığında azalma müşahidə olunub.

"Bir gilas deyil buğdanın da məhsuldarlığı düşüb. Çünki kəndlilər qulluq edə bilmir, yaxşı mütəxəssislərdən də məsləhət almağı özlərinə sığışdırmırlar. Hökumətin bu baxımdan üzərinə çox iş düşür. Kənd Təsərrüfatı Nazirliyi , Su Təsərrüfatı Agentliyi kəndlilərə məsləhətlərin verilməsində müəyyən rol oynamalıdır, ölkəyə keyfiyyətli gübrə gətirilməlidir. Torpağa 20 vacib kimyəvi element verilsə  bitki bütün iqlim dəyişikliklərinə dözümlü olar", - ekspert bildirib.

Aqrar Sığorta Fondundan anews.az-a bildirilib ki, Azərbaycanda 2025-ci ildə gilas bağlarının sığortalanma həcmi kəskin artıb.

Fonddan verilən məlumata görə, 2025-ci ildə ölkənin 15 rayonunda 110 fermer tərəfindən ümumilikdə 228 hektar gilas bağı sığorta edilib. Bu göstərici 2024-cü illə müqayisədə təxminən iki dəfə çoxdur. Ötən il 14 rayonda 119 hektar sahə sığortalanmışdı.

Sığorta təminatının ümumi dəyəri də 2024-cü ildəki 1,4 milyon manatdan 2025-ci ildə 3,9 milyon manata yüksəlib — bu, təxminən üçqat artımdır. Sığorta haqları isə müvafiq olaraq 58 min manatdan 90 min manata çatıb. Qanunvericiliyə əsasən, bu məbləğin 50%-i dövlət tərəfindən qarşılandığından, fermerlər yalnız 45 min manat ödəniş ediblər.

Hazırda Azərbaycanda yalnız üç bitki — gilas, üzüm və pambıq — leysan yağışları riskindən sığortalanır. Fonddan bildirilib ki, güclü yağıntılar nəticəsində gilas meyvəsinin qabığının partlaması və məhsulun sıradan çıxması halları sığorta ödənişləri ilə qarşılanır. 2025-ci il ərzində artıq 36 hektar sahədə zərər hadisəsi ilə bağlı müraciətlər daxil olub.

Sığortanın ən geniş tətbiq edildiyi rayonlar Quba, Qusar, Xaçmaz, Ağdaş, Ağstafa, Tərtər və Şabran kimi regionlardır. Hazırda Aqrar Sığorta Fondu tərəfindən ümumilikdə 41 bitki növü üzrə 48 məhsul sığortalanır.

Bununla belə, ixrac göstəriciləri geriləyib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycandan 25 min 842 ton albalı və gilas ixrac edilib. Bu, 2023-cü illə müqayisədə 27,4% və ya 9 min 757 ton azalma deməkdir. Dəyər baxımından isə ixrac 44,6% azalaraq 24,7 milyon dollar təşkil edib. 2023-cü ildə bu rəqəm 44,6 milyon dollar idi.

1 kq albalı və gilasın 2024-cü ildəki orta ixrac qiyməti 1,62 manat olub ki, bu da 2023-cü illə müqayisədə 23,6% və ya 50 qəpik azdır. Ötən il bu rəqəm 2,13 manat təşkil etmişdi.

İstiqamət: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib, yaralananlar var
Cəmiyyət 10:08
Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib, yaralananlar var
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Cəmiyyət 08:50
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Şəmkirdə istixana yanıb
Cəmiyyət 23:24
Şəmkirdə istixana yanıb
Ağdamda yanğın başlayıb
Cəmiyyət 23:20
Ağdamda yanğın başlayıb
Tərtərdə it sahibini parçalayıb
Cəmiyyət 20:31
Tərtərdə it sahibini parçalayıb
Ağstafada avtomobil təmir sexinə çırpılıb, xəsarət alanlar var
Cəmiyyət 20:01
Ağstafada avtomobil təmir sexinə çırpılıb, xəsarət alanlar var
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
Cəmiyyət 19:00
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
Abşeron rayonunda evlərdən oğurluqlar edən 3 şəxs saxlanılıb
Cəmiyyət 18:34
Abşeron rayonunda evlərdən oğurluqlar edən 3 şəxs saxlanılıb
Binəqədidə evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 15:47
Binəqədidə evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol