• $
  • £

Azərbaycan ötən illə müqayisədə yeyinti məhsullarının idxalını artırıb

Azərbaycan ötən illə müqayisədə yeyinti məhsullarının idxalını artırıb
17.07.2025 10:17

Azərbaycan 2025-cü ilin ilk yarısında ümumi dəyəri 1,28 milyard ABŞ dolları olan yeyinti məhsulları idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 milyon dollar çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin statistikasında qeyd olunub.

Hesabat dövründə ölkəyə ən çox idxal edilən məhsullar arasında 602,2 min ton həcmində buğda (130,7 milyon ABŞ dolları) və 239,3 min ton tərəvəz və meyvə (178,8 milyon ABŞ dolları) üstünlük təşkil edib.

Digər əsas məhsullar arasında 22,4 min ton ət (47,2 milyon dollar), 8 min ton süd və qaymaq (13,1 milyon dollar), 13,6 min ton kərə yağı və digər süd yağları (94,6 milyon dollar), 7,1 min ton çay (42,9 milyon dollar), 30,7 min ton düyü (29 milyon dollar), 36,9 min ton qarğıdalı (13,9 milyon dollar) yer alıb.

Ümumilikdə yeyinti məhsullarının idxalı Azərbaycanın ümumi idxal strukturunda 11,1% paya malik olub.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol