• $
  • £

Gürcüstanda uranı $3 milyon satmaq istəyən iki nəfər saxlanılıb

Gürcüstanda uranı $3 milyon satmaq istəyən iki nəfər saxlanılıb
17.07.2025 14:48

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (SSS) Batumi şəhərində keçirilən əməliyyat nəticəsində uranı qanunsuz şəkildə 3 milyon ABŞ dollarına satmaq istəyən Gürcüstan və xarici ölkə vətəndaşını saxlayıb.

Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılan şəxslər Dövlət Təhlükəsizlik Xidmətinin Kontr-kəşfiyyat və Xüsusi Əməliyyatlar departamentlərinin birgə keçirdiyi tədbir nəticəsində ələ keçirilib.

Müsadirə olunan nüvə materialının radioaktiv kimyəvi element — uran olduğu bildirilib.

Rəsmi məlumata görə, bu maddə alfa və qamma şüalanma qabiliyyətinə malikdir və partlayıcı qurğuların hazırlanmasında və ya kütləvi insan tələfatı ilə nəticələnə biləcək terror aktlarının törədilməsində istifadə oluna bilər.

Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə araşdırılır. Bu maddə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutur.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol