• $
  • £

SOCAR-KBR BP ilə Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıb

SOCAR-KBR BP ilə Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıb
18.07.2025 07:34

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın KBR şirkətinin birgə müəssisəsi olan SOCAR-KBR, BP ilə Azərbaycanda iki iri enerji layihəsi üzrə müqavilə imzalayıb.

KBR-nin məlumatına görə, razılaşmalar “Səngəçal terminalının elektrikləşdirilməsi” (STEL) və “Şahdəniz Compression” (SDC) layihələrini əhatə edir. Müqavilələrə əsasən, SOCAR-KBR hər iki layihə üzrə mühəndis layihələndirmə və satınalma xidmətləri göstərəcək.

Layihələrin maliyyə dəyəri açıqlanmayıb. İşlərə əsasən SOCAR-KBR rəhbərlik edəcək və həm yerli mütəxəssislər, həm də KBR-in beynəlxalq komandası prosesə cəlb olunacaq.

STEL layihəsinin tikintisinə bu il başlanacağı və 230 milyon dollar dəyərində olacağı gözlənilir. Layihənin birinci mərhələsi 2027-ci ilin ortalarında, ikinci mərhələsi isə 2028-ci ilin sonunadək tamamlanacaq.

2,9 milyard dollar dəyərində olan SDC kompressor platformasının tikintisinə 2025-ci ildə start veriləcək, istifadəyə isə 2029-cu ildə verilməsi planlaşdırılır. Layihə əlavə 50 milyard kubmetr qaz və 25 milyon barel kondensat hasilatını nəzərdə tutur.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol