• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

Balıqların kütləvi ölümünün ilkin səbəbi açıqlandı

Balıqların kütləvi ölümünün ilkin səbəbi açıqlandı
21.07.2025 19:13

Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad rayonunun Pərdi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı açıqlama yayıb. 

Nazirlikdən  verilən məlumatda bildirilir ki, Cəlilabad rayonunun Pərdi kəndində yerləşən və kənd əhalisinin ümumi  təsərrüfat məqsədləri üçün istifadə olunan, yağış suları ilə qidalanan, təxminən 40-50 sm dərinliyə malik göldə balıqların kütləvi tələf olması faktı qeydə alınıb.
 
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar zamanı ölmüş balıqlar arasında əsasən Daban balığı (Carassius carassius) və Çapaq (Rutilus rutilus) növlərinin olduğu müəyyən edilib. Hadisənin səbəblərini dəqiqləşdirmək məqsədilə göldən su nümunələri götürülüb, eləcə də ölmüş balıqlara pataloji yarma əməliyyatları aparılıb.

Nümunələrin götürülməsi zamanı göldə suyun temperaturu 34°C qeydə alınıb. İlkin ehtimallara görə, balıqların kütləvi tələf olmasına səbəb kimi havaların kəskin istiləşməsi fonunda su hövzəsində oksigen çatışmazlığı göstərilir. Bu vəziyyət xüsusilə dayaz və durğun sular üçün xarakterik olub, balıqların həyatı üçün ciddi risk yarada bilər.

Araşdırmalar davam etdirilir və laborator nəticələr əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Yasamalda qaz olmayacaq
Cəmiyyət 22:30
Sabah Yasamalda qaz olmayacaq
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:13
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Cəmiyyət 20:51
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Dumana görə sürət həddi yenidən endirilib
Cəmiyyət 19:51
Dumana görə sürət həddi yenidən endirilib
Şahin Bağırovdan yeni təyinat
Cəmiyyət 19:44
Şahin Bağırovdan yeni təyinat
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Cəmiyyət 18:19
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 17:03
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Cəmiyyət 17:01
Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Bəzi yerlərdə yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 16:54
Bəzi yerlərdə yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol