• $
  • £

Qeyri neft-qaz sektorundan daxilolmalar 2025-in ilk yarısında 2,3% artıb

Qeyri neft-qaz sektorundan daxilolmalar 2025-in ilk yarısında 2,3% artıb
22.07.2025 13:22

Azərbaycanda 2025-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 10 milyard 277,3 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% və ya 232,3 milyon manat çoxdur. Bu barədə Maliyyə Nazirliyindən bildirilib. 

Qeyri neft-qaz sektorundan daxilolmalar ümumi büdcə gəlirlərinin 51,9%-ni təşkil edib. Göstərici proqnozla müqayisədə 4,7% və ya 457,0 milyon manat artıq olub.

Dövlət büdcəsinə daxilolmaların əsas hissəsini – 62,4%-ni və ya 6 milyard 417,6 milyon manatı vergi orqanları təmin edib.

Gömrük orqanlarının payı 30,1% və ya 3 milyard 91,1 milyon manat olub.

Büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 312,2 milyon manat (3,0%), sair daxilolmalar 434,5 milyon manat (4,3%), dövlət əmlakının icarəyə verilməsindən gəlirlər isə 21,9 milyon manat (0,2%) təşkil edib.

Proqnozla müqayisədə vergi orqanları üzrə daxilolmalar 3,5% (218,6 milyon manat), gömrük orqanları üzrə isə 0,1% (4,1 milyon manat) artıq icra olunub. Digər mənbələrdən və əmlak icarəsindən daxilolmalar 3,3 dəfə artaraq 319,2 milyon manat təşkil edib.

Ödənişli xidmətlər üzrə daxilolmalar isə 21,4% və ya 84,9 milyon manat az olub.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol