• $
  • £

Azərbaycanın büdcə xərcləri 2025-in ilk yarısında 6,5% artıb

Azərbaycanın büdcə xərcləri 2025-in ilk yarısında 6,5% artıb
22.07.2025 13:26

2025-ci ilin altı ayına  dövlət büdcəsinin xərcləri 17 milyard 95,6 milyon manat təşkil edib. Bu göstərici illik büdcə xərclərinin 41,3%-nə bərabər olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% və ya 1 milyard 43,5 milyon manat çoxdur. Məlumat Maliyyə Nazirliyi açıqlayıb. 

İlk yarımildə büdcə vəsaitləri əməkhaqları, pensiyalar, sosial müavinətlər, işğaldan azad olunmuş ərazilərin bərpası, dövlət proqramları və borc öhdəliklərinin yerinə yetirilməsi üçün tam və vaxtında maliyyələşdirilib.

Hesabat dövründə:

Cari xərclər 10 milyard 571,3 milyon manat və ya ümumi xərclərin 61,8%-ni təşkil edib. Bu, ötən ilə nisbətən 737,1 milyon manat (7,5%) çoxdur.

Əsaslı xərclər 5 milyard 496,8 milyon manat (32,2%) olub – 11,1% və ya 549,2 milyon manat artım.

Dövlət borcuna xidmətlə bağlı xərclər 1 milyard 27,5 milyon manat (6,0%) təşkil edib ki, bu da 19,1% və ya 242,8 milyon manat azalmaya uyğundur.

Nazirlik bildirir ki, bütün xərclər xəzinədarlıq orqanlarına təqdim olunan sifarişlər əsasında yerinə yetirilib.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol