• $
  • £

Naxçıvanda sahibkarlıq layihələrinə 7,4 milyon manat güzəştli kredit ayrılıb

Naxçıvanda sahibkarlıq layihələrinə 7,4 milyon manat güzəştli kredit ayrılıb
22.07.2025 23:39

Bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 77 investisiya layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 7,4 milyon manat həcmində güzəştli kredit ayrılıb.

Bu barədə Report agentliyi Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyevə istinadla məlumat yayıb.

Nazirin sözlərinə görə, maliyyələşdirilmiş layihələrin 73,6%-i sənaye, 18,3%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 8,1%-i isə xidmət sahələrini əhatə edib. Ayrılan kreditlərin 67,5%-i böyük, 23,9%-i orta, 8,6%-i isə kiçik kreditlər olub.

Layihələr çərçivəsində 80 yeni iş yerinin yaradılması planlaşdırılır.

Eyni zamanda, yanvar-iyun aylarında 5,8 milyon manat güzəştli kredit geri qaytarılıb, 2,1 milyon manat məbləğində problemli kredit ödənilib. Fondun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 8-ə çatıb.

Aytac

 

 
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol