• $ 1.7
  • € 2.0016
  • ₽ 0.021684
  • ₺ 0.042
  • £ 2.3085

Sığorta ödənişlərinin əhatəsi genişləndirilir - Fuad Sadıqov

Sığorta ödənişlərinin əhatəsi genişləndirilir - Fuad Sadıqov
23.07.2025 12:12

Aqrar Sığorta Fondu sığorta hadisələrinin siyahısı genişləndiriləcək. Bunu jurnalistlərə açıqlamasında Fondun sədri Fuad Sadıqov deyib. 

Sədr bildirilib ki, heyvandarlıq sahəsində bala atma, doğuş zamanı heyvanın tələf olması və yoluxucu xəstəliklər kimi hallar da sığorta təminatına daxil ediləcək. Hazırda bu risklər sistemdə nəzərdə tutulmur.

“Sığorta hadisələrinin siyahısı genişləndiriləcək. Əsas məqsəd fermerlərin daha geniş risklərdən qorunmasını təmin etməkdir. Bitkiçilik sahəsində ödənişlərin daha tez və izahlı şəkildə həyata keçirilməsi üçün də prosedurlar sadələşdirilir. Heyvanlar əsasən qapalı şəraitdə saxlanılır, lakin bitkiçilik açıq mühitdə olduğundan risklər daha çoxdur,” —  açıqlamada vurğulanıb.

Hazırda heyvan sayının milyonlarla olduğu qeyd edilsə də, yalnız on minlərlə heyvanın sığortalandığı bildirilir. Bu fərqin əsas səbəbi kimi heyvanların qeydiyyat prosesinin tam başa çatmaması göstərilir.

Bununla yanaşı, quşçuluq və arıçılıq sahələrinin də sığortalanması üçün hüquqi baza hazırlanıb.

“Qanunvericilik və normativ aktlar təqdim edilib. Ümid edirik ki, ilin sonuna kimi bu sahələr üzrə də sığortanı işə salacağıq,” — Sadıqov bildirilib.

Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Naxçıvan reysi üç saata yaxındır yubanır - AZAL-dan açıqlama/Yenilənib
Cəmiyyət 21:46
Naxçıvan reysi üç saata yaxındır yubanır - AZAL-dan açıqlama/Yenilənib
Vilayət Eyvazov Qarabağadakı yanğınlarla bağlı tapşırıq verib
Cəmiyyət 18:44
Vilayət Eyvazov Qarabağadakı yanğınlarla bağlı tapşırıq verib
Qarabağda yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir - FHN
Cəmiyyət 17:51
Qarabağda yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir - FHN
“YAŞAT” Fondu və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil etdi
Cəmiyyət 17:37
“YAŞAT” Fondu və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil etdi
Bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 17:23
Bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
"Azerçay"la bağlı yayılan məlumatlar həqiqiqəti əks etdirmir - Açıqlama
Cəmiyyət 16:27
"Azerçay"la bağlı yayılan məlumatlar həqiqiqəti əks etdirmir - Açıqlama
Dubaydan gətirilən 700 karatdan artıq brilyant qaşların qaçaqmalçılığının qarşısını alınıb
Cəmiyyət 16:08
Dubaydan gətirilən 700 karatdan artıq brilyant qaşların qaçaqmalçılığının qarşısını alınıb
Şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibi yenilənəcək
Cəmiyyət 14:26
Şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibi yenilənəcək
Meşə və yaxın sahələrdə baş verən yanğınların sayı açıqlanıb
Cəmiyyət 13:30
Meşə və yaxın sahələrdə baş verən yanğınların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox