• $
  • £

Unibank Kəpəz Futbol Klubunun sponsoru oldu

Unibank Kəpəz Futbol Klubunun sponsoru oldu
22.07.2025 16:11

Unibank KB ölkənin futbol tarixində özünəməxsus yeri olan Kəpəz Peşəkar Futbol Klubunun inkişafına dəstək verəcək. Bu məqsədlə tərəflər arasında sponsorluq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Unibank klubun əsas sponsoru qismində çıxış edərək, Kəpəz Klubunun inkişafına maliyyə dəstəyi göstərəcək.


Məqsəd yalnız bir futbol klubuna dəstək deyil – bölgədə idmanın, xüsusən gənclər arasında futbola marağın yenidən güclənməsinə töhfə verməkdir.


Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov klubla imzalanan müqaviləni Bankın idmana dəstək strategiyasının davamı kimi qiymətləndirib: “Unibankın ölkə idmanına, xüsusilə də milli futbolumuzun inkişafına dəstəyinin tarixi uzun illərə dayanır. Bank olaraq, bu sahədə müəyyən ənənələr formalaşdırmışıq. İndi isə bu ənənəni Azərbaycanın ən sevilən bölgə klublarından biri olan Kəpəz FK ilə davam etdirməkdən şadıq. Bu müqavilə yalnız sponsorluq deyil – bölgə üçün sosial və emosional əhəmiyyət daşıyan bir mesajdır. Ümid edirik ki, birlikdə uğurlu və uzunmüddətli yol qət edəcəyik”.


Kəpəz Peşəkar Futbol Klubu İctimai Birliyi İdarə heyətinin üzvü Fərman Əli Zadə  bu dəstəyi klubun yeni mərhələyə keçidi üçün mühüm addım kimi qiymətləndirir:“ “Unibank”ın bizim çətin dövrümüzdə yanımızda olması və bu əməkdaşlığa səmimi inancla yanaşması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu müqavilə təkcə maliyyə tərəfdən deyil, mənəvi baxımdan da böyük dəstəkdir. Ümid edirik ki, bu tərəfdaşlıq nəticəsində klubumuz keçmiş şöhrətini yenidən qazanacaq”.


Tərəfdaşlıq yalnız klubun maliyyə sabitliyini deyil, həm də bölgədə futbolun və gənclər arasında idmanın inkişafını hədəfləyir. 
Unibak- Sənin Bankın!

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol