Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

Ağdərə rayonunun Həsənriz kəndinə 114 nəfərdən ibarət 29 ailə köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin Dövlət Komitəsindən bildirilib.
Ümumilikdə isə bu gün də daxil olmaqla kəndə 119 ailə 420 nəfər köçürülüb.
Bu il Qarabağa 40 min əhalinin köçürülüməsi nəzərdə tutulub.
2026-ci il Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağa 130 min əhalinin köçürülüməsi planlaşdırılır.
Aytac