• $
  • £

“AzerGold” son 9 ildə qızıl və gümüş satışından 1,69 milyard manat gəlir əldə edib

“AzerGold” son 9 ildə qızıl və gümüş satışından 1,69 milyard manat gəlir əldə edib
25.07.2025 14:06

Son 9 ildə “AzerGold” QSC qızıl və gümüşün yerli və xarici bazarlarda satışından ümumilikdə 1 milyard 691 milyon manat (təxminən 995 milyon ABŞ dolları) gəlir əldə edib. Bu barədə şirkətin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvanda keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda çıxışı zamanı bildirib.

Əldə olunan gəlirin 94%-i və ya 1 milyard 592 milyon manatı ixrac əməliyyatları hesabına formalaşıb. Şirkətin fəaliyyətindən dövlət büdcəsinə 224 milyon manat vergi və sosial ödənişlər köçürülüb.

O həmçinin vurğulayıb ki, hazırda qızıl ölkənin ən çox valyuta gətirən qeyri-neft ixrac məhsuludur.

“Gələcəkdə illik dövriyyəsi 1 milyard manat olan və ölkənin aparıcı vergi ödəyicilərindən birinə çevriləcək bir şirkət olaraq fəaliyyətimizi genişləndirməyi planlaşdırırıq”, – İbrahimov əlavə edib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol