ilin iyun ayında Azərbaycana Yaxın Şərq ölkələrindən gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32% azalaraq 22 600 nəfər təşkil edib. Bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən “Report” məlumat yayıb.
Ən çox azalma Birləşmiş Ərəb Əmirlikləri (-49%), Oman (-52%) və Qətərdən (-47%) gələn turistlər arasında müşahidə olunub. Səudiyyə Ərəbistanından 10 392 nəfər (-29%), İsraildən 3 446 nəfər (-18%), Küveytdən 2 135 nəfər (-39%) turist gəlib.
Eyni zamanda, Yəməndən (+10%), Livandan (+6%) və Suriyadan (+40%) gələn turistlərin sayında artım qeydə alınıb. Fələstindən 60 nəfər turist qeydiyyata alınıb, ötən ilin eyni ayında bu ölkədən turist gəlməmişdi.
Ümumilikdə iyun ayında Azərbaycana 237 509 turist səfər edib ki, bu da illik müqayisədə 11% azalma deməkdir. Ən çox turist Rusiya (73 415 nəfər, -11%), Türkiyə (40 326 nəfər, +5%) və İran (15 297 nəfər, -11%) vətəndaşları olub.