Gəncədə yeniyetmə qız 4-cü mərtəbədən düşüb

Gəncədə yeniyetmə qız 4-cü mərtəbədən düşüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb.
2008-ci il təvəllüdlü A.P. binanın 4-cü mərtəbəsindən düşüb.
O, xəstəxanaya aparılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Fakt araşdırılır.