“Montin”dəki qanunsuz parkinq ləğv edilib

Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində (“Montin” adlanan ərazi) səkinin hesabına yaradılan qanunsuz parkinq ləğv edilib. Bu barədə Qafqazinfo məlumat yayıb.
Ərazidə dağıdılmış səki bərpa olunub, çoxillik ağaclar diblərinə tökülmüş asfaltdan təmizlənib.
Piyada səkisini qanunsuz parkinqə çevirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “Bakı 4 N-li Yol İstismarı” MMC-nin rəhbərliyi cəzalandırılıb.
MMC tərəfindən baş idarəyə məlumat verilmədən və müvafiq razılaşdırmalar olmadan işlərin aparıldığı “Şirvanşah Residence”nin qarşısında vurulmuş ziyanın aradan qaldırılması məqsədilə dağıdılmış səki hissəsinin qısa müddətdə bərpa olunması tapşırılıb və tələb olunan xərclərin məsul şəxslərin aylıq əməkhaqqılarından tutulması qərara alınıb.