• $
  • £

Azərbaycan qazının Suriyaya ixracına başlanılır

Azərbaycan qazının Suriyaya ixracına başlanılır
02.08.2025 10:17

Bu gündən etibarən Azərbaycan qazı Suriyaya nəql ediləcək. Bununla da Suriya Azərbaycan qazını istehlak edən 13-cü ölkə olacaq. Hazırda Azərbaycan qazı 12 ölkəyə ixrac olunur. Bu barədə deputat Vüqar Bayramov öz sosial hesabında yazıb.

Qaz nəqli Türkiyənin Kilis vilayətindən Suriyanın Hələb şəhərinə çəkilmiş, gündəlik 6 milyon kubmetr ötürmə qabiliyyətinə malik Kilis–Hələb kəməri vasitəsilə həyata keçiriləcək. Bu, illik təqribən 2 milyard kubmetr ötürmə potensialı deməkdir.

Azərbaycan qazı Hələbdə elektrik enerjisi istehsalı üçün istifadə olunacaq və təxminən 1 200 meqavat əlavə güc yaradılması planlaşdırılır. Bu da Suriyanın daxili enerji təminatını iki dəfə yaxşılaşdırmaq potensialına malikdir.

Ekspertlər bu addımın Azərbaycanın Yaxın Şərqdə artan enerji rolunu gücləndirəcəyini bildirirlər. Hazırda Azərbaycan təkcə region və Avropa üçün deyil, həm də Yaxın Şərq üçün enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir.

Suriyaya qaz tədarükü Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi çərçivəsində genişlənən ixrac strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Layihənin reallaşması Azərbaycanın siyasi dəstəyi və regional əməkdaşlıq nəticəsində mümkün olub.

Azərbaycan rəsmiləri Suriyaya qaz nəqlini “tarixi hadisə” kimi qiymətləndirir, çünki bu addım uzun müddət münaqişədən zərər çəkmiş ölkənin enerji sabitliyinə töhfə verəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol