• $
  • £

Azərbaycanda pul kütləsi 48,5 milyard manata çatıb – Mərkəzi Bank

Azərbaycanda pul kütləsi 48,5 milyard manata çatıb – Mərkəzi Bank
02.08.2025 16:04

Bu il iyulun 1-nə geniş mənada pul kütləsi (M3 aqreqatı) Azərbaycanda 48 milyard 468 milyon manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 0,3 %, ilin əvvəlinə nisbətən 4,2 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,6 % artım deməkdir. Məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.

Manatla pul kütləsi (M2 aqreqatı) iyulun əvvəlində 36 milyard 817,8 milyon manata çatıb. Bu, iyun ayı ilə müqayisədə 2,9 %, ilin əvvəli ilə müqayisədə 0,5 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,8 % artım deməkdir.

Tələbli depozitlərdən ibarət M1 aqreqatı 29 milyard 430 milyon manat olub. Bu göstərici ay ərzində 3,8 % artıb, lakin ilin əvvəlindən bəri 0,7 % azalıb. İl ərzində isə 3,1 % artım qeydə alınıb.

Bank sistemindən kənarda olan nağd pul (M0 aqreqatı) isə 16 milyard 513,5 milyon manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 2,1 %, ilin əvvəlindən bəri 4,1 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,9 % artlb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol