• $
  • £

EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb

EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
04.08.2025 12:11

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Cənub-Şərqi Avropa üçün Avropa Fondu (EFSE) yeni kredit sazişi imzalayıblar. Bu saziş çərçivəsində bank 15 milyon avro məbləğində vəsait cəlb edəcək və bu vəsait milli valyutada təqdim olunacaq.


4 il müddətinə nəzərdə tutulmuş kredit, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, həmçinin qadın sahibkarların daha əlverişli şərtlərlə maliyyələşdirilməsinə imkan verəcək. Bank Respublikanın geniş filial şəbəkəsi sayəsində bu vəsaitlər ölkənin bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə xidmət edəcək.


 “İmzalanmış saziş Bank Respublika ilə tərəfdaşlığımızın möhkəmliyini bir daha təsdiqləyir. Düşünürük ki, milli valyutada uzunmüddətli maliyyələşdirmə kiçik və orta biznesin sabit və inamlı inkişafı üçün əlverişli şərait yaradacaq.” deyə EFSE-də Finance in Motion portfel meneceri Yasminka Beqert qeyd edib


 “EFSE ilə əməkdaşlığımızın növbəti mərhələsi tərəfdaşlığımızın yüksək etimada əsaslandığını və strateji xarakter daşıdığını nümayiş etdirir. Cəlb olunan vəsaitlər bizim üçün prioritet olan real sektorun, xüsusilə də kiçik və orta biznesin kreditləşdirilməsinin gücləndirilməsinə xidmət edəcək. Bizim üçün əsas məqsəd - xarici maliyyəni sadəcə cəlb etmək deyil, onu ölkə üzrə sahibkarlar üçün real imkanlara çevirməkdir. Əminik ki, bu vəsaitlər yeni iş yerlərinin yaradılmasına, dayanıqlı layihələrin həyata keçirilməsinə və Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verəcək.” deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol