21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib

Bu ilin yeddi ayında Azərbaycanda 21 ümumi təhsil müəssisəsinin direktorunun əmək müqaviləsinə xitam verilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Monitorinqlər tədris prosesinin keyfiyyətinin artırılması və şəffaflığın təmin edilməsi məqsədilə aparılıb. Sözügedən dövrdə 1 137 təhsil müəssisəsində yoxlamalar keçirilib.
Monitorinqlərin nəticələrinə əsasən, ümumi təhsil müəssisələrinin rəhbərləri ilə bağlı 383 intizam tənbehi tədbiri tətbiq olunub, onlardan 21-nin əmək müqaviləsi ləğv edilib.
Məktəbəqədər təhsil müəssisələri üzrə isə 189 intizam tədbiri görülüb, 3 rəhbərlə əmək münasibətləri dayandırılıb. Məktəbdənkənar təhsil müəssisələrində isə 20 rəhbərə müxtəlif intizam tənbehləri verilib.
Agentlik bildirir ki, monitorinqlər təlim-tərbiyə prosesinin, kadr siyasətinin və maliyyə-təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi məqsədi daşıyır. Aşkar edilən nöqsanlarla bağlı müvafiq göstərişlər verilib və bu müəssisələr nəzarətə götürülüb.
Gülnar