• $ 1.7
  • € 1.9913
  • ₽ 0.020786
  • ₺ 0.0412
  • £ 2.2944

Ermənistan və Azərbaycan sülh memorandumu imzalayacaq

Ermənistan və Azərbaycan sülh memorandumu imzalayacaq
06.08.2025 08:15

Vaşinqtonda cümə günü Azərbaycan və Ermənistanın sülhə dair niyyət memorandumu imzalayacağı gözlənilir. Bu barədə məsələyə yaxın region mənbələri Middle East Eye saytına məlumat veriblər.

Mənbələrin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp bu mərasimə ev sahibliyi edəcək və Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə bu sənədi imzalayacaqlar.

 Ermənistan və Azərbaycan martda sülh sazişi layihəsi üzrə razılığa gəliblər. Amma rəsmi  Bakı yekun sazişin imzalanmasından əvvəl əlavə şərtlərdə israrlıdır. Azərbaycanın əsas tələbi Yerevanın konstitusiyasını dəyişərək Azərbaycan ərazilərinə dair istinadları çıxarmasıdır. Bunun üçün  isə Ermənistanda ümumxalq referendumunun keçirilməsi tələb olunur. 

Gözlənilən Ağ Ev sammiti iyulda liderlər arasında Əbu-Dabidə keçirilmiş görüşdən sonra baş tutur.

Həmin görüşdən sonra prezident Əliyev bildirib ki, ölkələr sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ və onları ilkin şəkildə imzalaya bilərlər.

“Əsas prinsiplər üzrə razılıq əldə edib onları ilkin şəkildə imzalamaq, sonra isə mətn üzərində işləmək bir seçim ola bilər”, –  Əliyev qeyd edib və bu prosesin Ermənistanın konstitusiyasını dəyişməsindən asılı olduğunu vurğulayıb.

Mənbələrin əlavə əldə etdiyi məlumatlara görə, liderlərin “sülh sazişi layihəsini” deyil, sadəcə “niyyət məktubu”nu imzalayacağı gözlənilir. Bu isə ötən aydan etibarən regionda diplomatik nailiyyət axtaran Tramp üçün mühüm uğur sayıla bilər.

Məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidanla əlaqə saxlayaraq sammit barədə məlumat verib.

Üçüncü region mənbəsi Middle East Eye-a bildirib ki, Fidan və Bayramov arasında ikitərəfli və regional məsələlər müzakirə olunub.

Middle East Eye Ermənistan və Azərbaycan hökumətlərindən rəsmi şərh almaq üçün onlara müraciət edib.

Əsas mübahisə predmeti olan məsələlərdən biri də Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli olan və Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi ilə bağlıdır.

Ermənistan bu ifadəyə qarşı çıxaraq, onun ölkənin suveren ərazisi olan Sünik vilayətinə qarşı ərazi iddialarını ehtiva etdiyini bildirir.

Ötən ay ABŞ-ın səfiri Tomas Barak rəsmi şəkildə təklif edib ki, amerikalı şirkət bu dəhlizi 100 il müddətinə icarəyə götürərək idarə etsin. Bu addım hər iki tərəfin təhlükəsizlik və logistika ilə bağlı narahatlıqlarını aradan qaldırmaq məqsədi daşıyırdı. Lakin Ermənistan bu təklifi rədd edərək, öz suveren ərazisini üçüncü ölkəyə icarəyə verməyəcəyini bildirib.

Regiondakı danışıqlarla tanış mənbə Middle East Eye-a bildirib ki, bu ideya ilk dəfə Türkiyə tərəfindən irəli sürülüb. Türkiyə Ermənistanla Azərbaycan arasında razılaşdırılmış bir özəl şirkətin dəhlizi idarə etməsini təklif edib.

“Amma Ermənistan tərəfi şirkətin dəhlizin Naxçıvan hissəsində də fəaliyyət göstərməsini tələb etdi. Bu isə Bakı üçün qəbuledilməz olub”, –  mənbə bildirib.

Ermənistanla Azərbaycan arasında münaqişə ilk dəfə 1993-cü ildə Dağlıq Qarabağ müharibəsi zamanı alovlanıb. O zaman Ermənistan silahlı qüvvələri BMT tərəfindən Azərbaycan ərazisi kimi tanınan  bölgəni işğal etmişdi.

2020-ci ilin payızında baş verən altı həftəlik müharibədən sonra, 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda hərbi əməliyyat keçirərək əraziyə tam nəzarəti bərpa edib.

Bundan sonra bağlanacaq sülh müqaviləsinin də Vaşingtonda imzalanacağı gözlənilir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank və Azərbaycan Badminton Federasiyası inklüziv idman təşəbbüsünə start verdi
İqtisadiyyat 15:56
Yelo Bank və Azərbaycan Badminton Federasiyası inklüziv idman təşəbbüsünə start verdi
Azərbaycan üzərindən Çinə illik 1 000 blok qatar göndəriləcək
İqtisadiyyat 12:15
Azərbaycan üzərindən Çinə illik 1 000 blok qatar göndəriləcək

Kiberəməliyyatla bağlı 112 saxta domen nəzarətə götürülüb
İqtisadiyyat 12:01
Kiberəməliyyatla bağlı 112 saxta domen nəzarətə götürülüb

“Hökumət buludu”na keçən dövlət qurumlarının sayı açıqlanıb
İqtisadiyyat 11:38
“Hökumət buludu”na keçən dövlət qurumlarının sayı açıqlanıb
Azərbaycanda 15 bank SİMA proqramına inteqrasiya edib
İqtisadiyyat 10:42
Azərbaycanda 15 bank SİMA proqramına inteqrasiya edib
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artıb
İqtisadiyyat 09:55
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:30
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
SOCAR “yaşıl” istiqrazlar üzrə ikinci faiz ödənişini həyata keçirib
İqtisadiyyat 15:42
SOCAR “yaşıl” istiqrazlar üzrə ikinci faiz ödənişini həyata keçirib
Azərbaycanda mənzil alanlara qaytarılan ƏDV-nin həcmi açıqlanıb
İqtisadiyyat 12:06
Azərbaycanda mənzil alanlara qaytarılan ƏDV-nin həcmi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol