• $
  • £

BP-nin Azərbaycandakı yerli işçi sayı artıb


BP-nin Azərbaycandakı yerli işçi sayı artıb
07.08.2025 17:49

 

2025-ci ilin iyununda “BP-Azerbaijan” şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayı 2 395 nəfərə çatıb və bu rəqəmə müddətli müqavilə əsasında çalışan işçilər də daxildir.

Bu barədə “BP-Azerbaijan” şirkətinin bu ilin ilk yarımili üzrə biznesə dair yaydığı məlumatda bildirilib.

Yerli işçilərin sayı 2024-cü ilin birinci yarısı ilə müqayisədə 9 nəfər və ya 0,4 % artıb. Həmin dövrdə bu göstərici 2 386 nəfər təşkil edirdi.

Şirkət bildirir ki, 2018-ci ilin ortalarından etibarən BP-nin ixtisaslı işçi heyətinin 90 %-i, ixtisassız heyətin isə 100 %-i yerli kadrlardan ibarətdir.

BP gələcəkdə də təlim və inkişaf proqramlarını optimallaşdıraraq, yüksək ixtisaslı yerli kadrların hazırlanmasına töhfə vermək məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində fəal iştirakını davam etdirəcək.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol