• $
  • £

Metroda doğulan uşağın sağlamlıq durumu açıqlanıb

Metroda doğulan uşağın sağlamlıq durumu açıqlanıb
11.08.2025 11:23

Avqustun 8-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan yenidoğulmuşun səhhətində yaxşılaşma müşahidə edilir. Bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qurumun yaydığı məlumata əsasən, körpənin Respublika Klinik Xəstəxanasının yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicəsi davam etdirilir. Uşaq artıq CPAP cihazından ayrılaraq maska ilə oksigen dəstəyi alır.

“Vəziyyətində yaxşılaşma müşahidə olunur. Körpə ana südü ilə qidalanır və qidanı yaxşı həzm edir. Parenteral qidalanma davam etdirilir. Laborator analizlərdə infeksion göstəricilərdə artım qeydə alındığı üçün intensiv müalicə tədbirləri görülür,” – TƏBİB bildirib.

Körpənin anasının vəziyyəti də stabil qiymətləndirilir. Qadının müalicəsi Respublika Klinik Xəstəxanasının Hamiləliyin patologiyası şöbəsində davam etdirilir.

Hadisə avqustun 8-i səhər saat 07:40 radələrində baş verib. Doğulan oğlan uşağının çəkisi 2,200 qram olub. Ana və körpə dərhal xəstəxanaya çatdırılıblar.

Rəsmi məlumata görə, yeni doğulmuş uşaq 25 yaşına qədər Bakı metrosundan ödənişsiz istifadə hüququna malik olacaq.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Cəmiyyət 17:04
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Cəmiyyət 15:43
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Kenquru olimpiadasında suallar öncədən satılıbmı?
Cəmiyyət 15:17
Kenquru olimpiadasında suallar öncədən satılıbmı?
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Cəmiyyət 15:00
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Cəmiyyət 14:13
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Bulvarda gülləri əzənlər polisə çağırılıb
Cəmiyyət 14:08
Bulvarda gülləri əzənlər polisə çağırılıb

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 13:04
Sabah Bakıya yağış yağacaq
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Cəmiyyət 12:53
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Cəmiyyət 12:41
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol