• $
  • £

Azərbaycan Ukraynaya əlavə humanitar yardım ayırıb

Azərbaycan Ukraynaya əlavə humanitar yardım ayırıb
11.08.2025 11:39

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya növbəti humanitar yardımın göstərilməsi ilə bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, Ukraynaya humanitar yardım məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlığının alınması və göndərilməsi üçün Prezidentin 2025-ci il dövlət büdcəsindəki ehtiyat fondundan Energetika Nazirliyinə iki milyon ABŞ dolları məbləğində vəsaitin manat ekvivalentində ayrılması nəzərdə tutulur.

Sənəddə qeyd edilir ki, Azərbaycan humanizm prinsiplərinə əsaslanaraq, ikitərəfli və çoxtərəfli formatda müxtəlif ölkələrə humanitar yardım göstərir. Son illərdə Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən bu ölkəyə bir neçə dəfə yardım göndərilib.

Sərəncamda, həmçinin, Azərbaycan ilə Ukrayna arasında dostluq və tərəfdaşlıq münasibətlərinin mövcud ikitərəfli sənədlər – 2000-ci il tarixli dostluq və əməkdaşlıq müqaviləsi, 2008-ci il strateji tərəfdaşlıq haqqında bəyannamə və 2022-ci il prezidentlərin birgə bəyannaməsi – əsasında inkişaf etdiyi vurğulanıb.

Rəsmi məlumatlara görə, bu yardım paketi Ukraynaya Azərbaycanın göndərdiyi növbəti dəstək aktı kimi qiymətləndirilir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Cəmiyyət 17:04
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Cəmiyyət 15:43
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Kenquru olimpiadasında suallar öncədən satılıbmı?
Cəmiyyət 15:17
Kenquru olimpiadasında suallar öncədən satılıbmı?
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Cəmiyyət 15:00
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Cəmiyyət 14:13
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Bulvarda gülləri əzənlər polisə çağırılıb
Cəmiyyət 14:08
Bulvarda gülləri əzənlər polisə çağırılıb

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 13:04
Sabah Bakıya yağış yağacaq
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Cəmiyyət 12:53
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Cəmiyyət 12:41
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol