• $
  • £

Universitetlərdə rus dili bölməsinə qəbul dayandırılmayıb - Rəsmi

Universitetlərdə rus dili bölməsinə qəbul dayandırılmayıb - Rəsmi
11.08.2025 11:43

Bir sıra ali təhsil müəssisələrinin rus dili bölməsində ixtisasların ləğv olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) anews.az-ın sorğusuna cavab olaraq bildirilib. 

DİM-in açıqlamasında qeyd olunub ki, sözügedən yanlışlıq “Abituriyent” jurnalının 2025-ci il üçün 4-cü buraxılışında rus dili bölməsi üzrə ixtisasların yer almaması ilə bağlı yayılan xəbərlərdən qaynaqlanıb. Mərkəz bildirib ki, jurnalın rus dilində olan versiyası ilə Azərbaycan dilində olan versiyası fərqli qruplar üçün nəzərdə tutulub.

“Rus bölməsi ilə bağlı məlumatlar jurnalın rus dilində dərc olunan variantında əks olunub. Jurnalın yalnız Azərbaycan dilində çıxan versiyasına əsaslanaraq yanlış nəticə çıxarılıb,” – DİM-in açıqlamasında bildirilib.

Sİyahıda adı çəkilən bir neçə universitetdə bu xəbəri təkzib etdi. Bildiridilər ki, bu həqiqətə uyğun olmayan informasiyadır. 

Bu gün Modern.az saytı məlumat paylaşaraq qeyd edib ki, “Abituriyent” jurnalının 2025-ci ilin 4-cü nömrəsindəki bir sıra ali təhsil müəssisələrinin ixtisas siyahısında rus dili bölməsinə müsabiqə ləğv olunub. 

Aytac Zeynalova 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Cəmiyyət 17:04
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Cəmiyyət 15:43
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Kenquru olimpiadasında suallar öncədən satılıbmı?
Cəmiyyət 15:17
Kenquru olimpiadasında suallar öncədən satılıbmı?
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Cəmiyyət 15:00
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Cəmiyyət 14:13
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Bulvarda gülləri əzənlər polisə çağırılıb
Cəmiyyət 14:08
Bulvarda gülləri əzənlər polisə çağırılıb

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 13:04
Sabah Bakıya yağış yağacaq
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Cəmiyyət 12:53
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Cəmiyyət 12:41
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol