• $
  • £

700 şagirdlik məktəb ibtidai məktəbə çevrilir – Müəllim və valideynlərdən etiraz

700 şagirdlik məktəb ibtidai məktəbə çevrilir – Müəllim və valideynlərdən etiraz
11.08.2025 15:17

Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin ibtidai məktəbə çevrilməsi və yüzlərlə şagirdin digər məktəbə köçürülməsi qərarı yerli müəllim və valideynlərin narazılığına səbəb olub. Bu barədə bir qrup məktəb müəllimi və valideynlər anews.az saytına şikayətində bildiriblər. 

Məlumata görə, Lənkəran Təhsil İdarəsinin keçirdiyi iclasda qərar elan edilib ki, məktəb yalnız ibtidai siniflər üzrə fəaliyyət göstərəcək.

Hazırda 700-dən çox şagirdin təhsil aldığı məktəbdə təxminən 200 şagird ibtidai siniflərdə oxuyur. Qalan 500-ə yaxın şagirdin isə Lənkəran şəhər 10 nömrəli məktəbə köçürülməsi planlaşdırılır.

Müəllimlərin bildirdiyinə görə, bu qərarla bağlı onlara heç bir rəsmi sənəd təqdim olunmayıb.

1500-dən çox şagirdin təhsil aldığı 10 nömrəli məktəb artıq iki növbəli qaydada fəaliyyət göstərir və ora əlavə şagirdlərin köçürülməsi müəllim və vliyenlərin fikrincə, təhsilin gələcək səviyyəsini sual altına alır. 

Müəllimlər iddia edirlər ki, sinif otaqları bölünəcək və yeni qruplar yaradılacaq.

"Əgər valideynlər etiraz edib uşaqlarını məktəbdən çıxararsa, sinifdə 30 nəfərdən yalnız 15-i qalacaq. Bu halda mənim dərs saatlarım necə qorunacaq?Əgər bura ibtidai məktəb olursa nə üçün 10 nömrəli məktəbin ibtidai sinifləri bura köçürülmür? Bu məktəb yalnız burada mövcud olan 10 ibtidai siniflə qalacaq", –   müəllimlər bildirib.

Şikayətçilər qeyd ediblər ki, bu köçürülmə qərarı ilkin olaraq Lənkəran Xarici Dillər Təmayüllü Məktəbinə təklif olunub, lakin həmin məktəb rəhbərliyi etiraz etdikdən sonra 2 nömrəli məktəbə yönləndirilib. Onlar əlavə ediblər ki, məktəbin yerləşdiyi binaya görə idarə tərəfindən mütəmadi təzyiqlərlə üzləşirlər.

"Lənkəran Təhsil İdarəsi bir müddət qabaq həyətdə şagirdlərin səs-küy salmasına etiraz edib. Bura məktəbdirsə səs-küyün olması normaldır. İndi də sinif otaqlarımızı əlimizdən alırlar. İdman zalımızdan isə bir ilə yaxındır uşaqlar istifadə edə bilmirlər. Çünki idarə ora öz dərs vəsaitlərini yığıb və istifadəsini mümkünsüz edib", - müəllimlər bildiriblər. 

Məktəbin direktoru Gülnarə Seyfulla qərarın mövcudluğunu təsdiqləsə də, onun nə zaman icra olunacağı barədə dəqiq məlumatın olmadığını və məsələ ilə bağlı şərh vermək istəmədiyini bildirib.

Müəllim və valideynlər Elm və Təhsil Nazirliyini məsələyə müdaxilə etməyə çağırırlar.

Lənkəran Təhsil İdarəsinə müraciət olunsa da sorğuya dərhal cavab verməyiblər. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:58
Sabah bu ərazilərdə qaz olmayacaq
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Cəmiyyət 19:31
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Bulvarda Milli Etalon Vaxtı göstərilir
Cəmiyyət 18:23
Bulvarda Milli Etalon Vaxtı göstərilir
Biləsuvarda sahibsiz it 10 yaşlı uşağı dişləyib
Cəmiyyət 18:07
Biləsuvarda sahibsiz it 10 yaşlı uşağı dişləyib

Dövlət qulluğu üzrə növbəti test imtahanlarının tarixi açıqlandı
Cəmiyyət 17:53
Dövlət qulluğu üzrə növbəti test imtahanlarının tarixi açıqlandı
Bakıda və bəzi bölgələrdə külək güclənəcək -XƏBƏRDARLIQ
Cəmiyyət 17:17
Bakıda və bəzi bölgələrdə külək güclənəcək -XƏBƏRDARLIQ
Aprelin ilk ongünlüyündə hava şəraiti qeyri-sabit olacaq
Cəmiyyət 17:00
Aprelin ilk ongünlüyündə hava şəraiti qeyri-sabit olacaq
Sabahdan Bakıdakı bağçalarda müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır
Cəmiyyət 16:19
Sabahdan Bakıdakı bağçalarda müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır
Dünyada hər 4 uşaqdan biri kitab oxuya bilmir - Azərbaycanda vəziyyət necədir?/Şərh
Cəmiyyət 15:48
Dünyada hər 4 uşaqdan biri kitab oxuya bilmir - Azərbaycanda vəziyyət necədir?/Şərh
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol