• $ 1.7
  • € 1.9913
  • ₽ 0.020786
  • ₺ 0.0412
  • £ 2.2944

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır


Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
12.08.2025 09:27

 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,18 % artaraq 67,98 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 68,07 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,12 ABŞ dolları və ya 0,18 % artaraq 66,44 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank və Azərbaycan Badminton Federasiyası inklüziv idman təşəbbüsünə start verdi
İqtisadiyyat 15:56
Yelo Bank və Azərbaycan Badminton Federasiyası inklüziv idman təşəbbüsünə start verdi
Azərbaycan üzərindən Çinə illik 1 000 blok qatar göndəriləcək
İqtisadiyyat 12:15
Azərbaycan üzərindən Çinə illik 1 000 blok qatar göndəriləcək

Kiberəməliyyatla bağlı 112 saxta domen nəzarətə götürülüb
İqtisadiyyat 12:01
Kiberəməliyyatla bağlı 112 saxta domen nəzarətə götürülüb

“Hökumət buludu”na keçən dövlət qurumlarının sayı açıqlanıb
İqtisadiyyat 11:38
“Hökumət buludu”na keçən dövlət qurumlarının sayı açıqlanıb
Azərbaycanda 15 bank SİMA proqramına inteqrasiya edib
İqtisadiyyat 10:42
Azərbaycanda 15 bank SİMA proqramına inteqrasiya edib
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artıb
İqtisadiyyat 09:55
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:30
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
SOCAR “yaşıl” istiqrazlar üzrə ikinci faiz ödənişini həyata keçirib
İqtisadiyyat 15:42
SOCAR “yaşıl” istiqrazlar üzrə ikinci faiz ödənişini həyata keçirib
Azərbaycanda mənzil alanlara qaytarılan ƏDV-nin həcmi açıqlanıb
İqtisadiyyat 12:06
Azərbaycanda mənzil alanlara qaytarılan ƏDV-nin həcmi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol