• $
  • £

Masazırda 2 yaşlı uşağı it dişləyib

Masazırda 2 yaşlı uşağı it dişləyib
12.08.2025 10:26

Abşeron rayonu Masazır qəsəbəsi, Məcburi köçkünlər şəhərciyində 2 yaş 9 aylıq uşağı it dişləyib.Bu barədə “Qafqazinfo”ya onun valideynləri məlumat verib. 

Azyaşlı anası ilə birlikdə həyətdə gəzərkən sahibsiz itlər ona hücum edib. Ətrafdakıların köməkliyi ilə uşağı xilas etmək mümkün olsa da, o, xəsarət alıb.

Xəstəxanaya çatdırılan azyaşlıya quduzluq əleyhinə vaksin vurulub, ilkin yardım göstərildikdən sonra evə buraxılıb, hazırda vəziyyəti kafidir.

Yaxınlarının sözlərinə görə, uşağa hücum edən it bir müddət sonra ölüb, bu da onun quduz olması anlamına gəlir.

Qonşuların bildirdiyinə görə, bu ərazidə sahibsiz itlər olduqca çoxdur. Oxşar hadisələr də tez-tez baş verir. Bu səbəbdən də uşaqlar həyətə çıxıb oynaya bilmirlər. Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülmür.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirildi ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Sahibsiz İtlərə Qayğı Mərkəzləri tərəfindən rayon ərazisində olan ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlər parklardan, küçə və prospektlərdən götürülüb. Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə Qayğı Mərkəzinə daşınıb. Hazırda da bu işlər davam etdirilməkdədir. 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Cəmiyyət 17:04
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Cəmiyyət 15:43
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Kenquru olimpiadasında suallar öncədən satılıbmı?
Cəmiyyət 15:17
Kenquru olimpiadasında suallar öncədən satılıbmı?
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Cəmiyyət 15:00
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Cəmiyyət 14:13
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Bulvarda gülləri əzənlər polisə çağırılıb
Cəmiyyət 14:08
Bulvarda gülləri əzənlər polisə çağırılıb

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 13:04
Sabah Bakıya yağış yağacaq
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Cəmiyyət 12:53
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Cəmiyyət 12:41
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol