• $
  • £

Lənkəranda yolun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM

Lənkəranda yolun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
12.08.2025 12:35

Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Cəmiyyət 17:04
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Cəmiyyət 15:43
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Kenquru olimpiadasında suallar öncədən satılıbmı?
Cəmiyyət 15:17
Kenquru olimpiadasında suallar öncədən satılıbmı?
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Cəmiyyət 15:00
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Cəmiyyət 14:13
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Bulvarda gülləri əzənlər polisə çağırılıb
Cəmiyyət 14:08
Bulvarda gülləri əzənlər polisə çağırılıb

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 13:04
Sabah Bakıya yağış yağacaq
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Cəmiyyət 12:53
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Cəmiyyət 12:41
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol