• $
  • £

Əhalinin yanacaq xərcləri 7 %-ə qədər artıb

Əhalinin yanacaq xərcləri 7 %-ə qədər artıb
12.08.2025 12:36

2025-ci ilin yanvar-iyulunda ölkədə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 101,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.  Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ötən 7 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Cari ilin yeddi ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq, o cümlədən 19,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

Hazırda Azərbaycanın daxili bazarında "Premium Euro-95” markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 2 manat, "Super Euro-98” markalı benzinin pərakəndə satış qiyməti 2,3 manat, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti  0,8 manatdır.

2023-cü ildə Azərbaycanda yanacaq istehlakçıları ümumilikdə 3 milyard 63,4 milyon manatlıq (indiki məzənnə ilə 1 milyard 802 milyon ABŞ dolları) avtomobil benzini və dizel yanacağı alıblar ki, bu da 2022-ci illə müqayisədə 8,1% çoxdur.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol