• $
  • £

“Qarabağ” “Şkendiya”ya qalib gələrək pley-off mərhələsinə yüksəlib - Yenilənib

“Qarabağ” “Şkendiya”ya qalib gələrək pley-off mərhələsinə yüksəlib - Yenilənib
12.08.2025 21:45

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya qalib gələn “Qarabağ” növbəti pley-off-a adlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol müəllifi olmaqla hesaba tarazlıq gətirib. Daha sonra Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35) və Leandro Andrade (59) “Qarabağ”ın qələbəsində pay sahibi olublar.

İki görüşün nəticəsinə əsasən “Şkendiya”nı mübarizədən kənarlaşdıran “Qarabağ” adını pley-off mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Bununla da "Qarabağ" ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib.

 

***

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) matçı start götürüb.

Görüşü niderlandlı referi Danni Makkeli idarə edir.

 

***

 

“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Azərbaycan çempionu ÇL-in 3-cü təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq.

Matç saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Komandalar oyuna aşağıdakı heyətlə çıxacaq:

Qarabağ”: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalho, 20. Kadi, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zoubir (k), 90. Nəriman Axundzadə.

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt

Şkendiya”: 24. Gaye, 2. Trumçi, 4. Ramadani, 5. Keyk, 7. B. İbraimi (k), 17. Zeynullai, 11. Vebster, 15. Fetai, 29. Tamba, 28. Qaka, 77. Latifi

Ehtiyat oyunçular: 25. Amzai, 30. Ramani, 8. Ramadani, 9. Ademi, 16. Murati, 6. Alhassan, 19. Krstevski, 22. Ajetoviç, 26. Meliqi, 27. Kaba, 10. Krasniqi, 38. Nuhija

Oxşar xəbərlər
Oxşar xəbərlər

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol