• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı universitetin mətbuat katibi birinci olub?

Hansı universitetin mətbuat katibi birinci olub?
30.12.2013 11:30
BDU birinci, ADU isə ikinci yerdədirJurnalistlərin Müsahibə Klubu Facebook qrupunda “2013-cü il üçün hansı universitetin mətbuat katibi (mətbuatla əlaqələri) yaxşı fəaliyyət göstərib?” sualı ilə sorğu keçirilib. Qrupun admini, Femida.az portalının baş redaktoru Pərvin Abbasovun AzVision.az-a verdiyi məlumata görə, dekabrın 27-də saat 00.21-də başlayan sorğu 3 sutka davam edib və əvvəlcədən elan olunduğu kimi, dekabrın 29-da saat 00.00-da başa çatıb.Sorğunun nəticələrinə əsasən, Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi (Pərvanə İbrahimova) ümumi səslərin (55 səs) yarıdan çoxunu (31 səs) toplayaraq birinci olub. Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi (Zeynab Kazımova) 8 səslə ikinci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi (Mənsur İbrahimov) və Bakı Ali Neft Məktəbinin mətbuat katibi (Kəmalə Paşayeva) 4 səslə üçüncü yerdə olub.Qafqaz Universitetinin mətbuat katibinə (mətbuat xidmətinə) 3, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının mətbuat katibinə (mətbuat xidmətinə) 2, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Diplomatik Akademiyasının və Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat katiblərinin (mətbuat xidmətlərinin) hər birinə isə 1 jurnalist səs verib.Digər universitetlərin mətbuat katibi (mətbuat xidməti) bir səs belə toplaya bilməyib.Qeyd edək ki, jurnalistlərin Müsahibə Klubu Facebook qrupunun üzvləri jurnalistlərdən ibarətdir. Qrupun 200 üzvü var. Qrupda bundan əvvəl “2013-cü il üçün Nazirlər Kabinetinə (NK) daxil olan hansı qurumun mətbuat katibi yaxşı fəaliyyət göstərib?”, “2013-cü il üçün Dövlət Komissiyaları və Dövlət Agentliklərindən hansı qurumun mətbuat katibi yaxşı fəaliyyət göstərib?”, “2013-cü il üçün Dövlət şirkətləri və Səhmdar Cəmiyyətlərindən hansı qurumun mətbuat katibi (mətbuatla əlaqələri) yaxşı fəaliyyət göstərib?” sualları ilə sorğular keçirilib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol