• $
  • £

Bəzi talassemiya hallarında yeganə tam müalicə üsulu sümük iliyi transplantasiyasıdır

Bəzi talassemiya hallarında yeganə tam müalicə üsulu sümük iliyi transplantasiyasıdır
13.08.2025 17:00

Talassemiyanın tam müalicəsi bəzi hallarda mümkündür, lakin bu, xəstəliyin növü və ağırlığından asılıdır. Bunu deyə Azərbaycan Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin transfuziologiya şöbəsinin müdiri Tünzalə Əhmədova  bildirib.

Onun sözlərinə görə, hazırda yeganə tam müalicə üsulu sümük iliyi və ya kök hüceyrə transplantasiyasıdır. Bu prosedur yalnız uyğun donor olduqda və xəstənin ümumi sağlamlıq vəziyyəti buna imkan verdikdə həyata keçirilir.

“Transplantasiya zamanı zədələnmiş sümük iliyi xərçəngin müalicəsində istifadə olunan preparatlar və şüa terapiyası vasitəsilə tamamilə məhv edilir, daha sonra sağlam donordan götürülmüş kök hüceyrələr köçürülür. Bu üsul xəstəliyi tam aradan qaldıra bilsə də, ciddi risklər və ağır yan təsirlər səbəbindən yalnız xüsusi hallarda tətbiq olunur,” –  Əhmədova bildirib.

O qeyd edib ki, əksər hallarda xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq və fəsadların qarşısını almaq üçün uzunmüddətli müalicə, o cümlədən müntəzəm qan köçürmələri və dəmir yüklənməsinin qarşısını almaq üçün xelator terapiyası aparılır.

Əhmədova nikahdan əvvəl tibbi müayinənin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, talassemiya da daxil olmaqla irsi xəstəliklərin daşıyıcılığı çox vaxt simptomsuz keçir.

Hər iki həyat yoldaşı eyni genin daşıyıcısı olduqda, xüsusən qohum nikahlarında, uşağın xəstəliyin ağır forması ilə doğulma riski yüksək olur.

Onun sözlərinə görə, nikahdan əvvəl müayinə “sadəcə formal prosedur deyil, gələcək övladların sağlamlığı naminə atılan məsuliyyətli addımdır” və bu, xəstəliyin erkən aşkarlanmasına və qarşısının alınmasına imkan yaradır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Cəmiyyət 17:04
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Cəmiyyət 15:43
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Kenquru olimpiadasında suallar öncədən satılıbmı?
Cəmiyyət 15:17
Kenquru olimpiadasında suallar öncədən satılıbmı?
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Cəmiyyət 15:00
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Cəmiyyət 14:13
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Bulvarda gülləri əzənlər polisə çağırılıb
Cəmiyyət 14:08
Bulvarda gülləri əzənlər polisə çağırılıb

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 13:04
Sabah Bakıya yağış yağacaq
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Cəmiyyət 12:53
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Cəmiyyət 12:41
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol