• $
  • £

Qazaxıstanın Azərbaycana taxıl ixracı 121 dəfə artıb

Qazaxıstanın Azərbaycana taxıl ixracı 121 dəfə artıb
13.08.2025 17:16

Qazaxıstan Azərbaycana, İrana və bir sıra digər ölkələrə taxıl tədarükünü kəskin artırıb, deyə çərşənbə günü milli iqtisadiyyat naziri, baş nazirin müavini Serik Jumanqarin bildirib.

2024-cü ilin sentyabrından 2025-ci il avqustun 10-dək Azərbaycana ixrac 121 dəfə artaraq 728 min tona, İrana isə 16 dəfə artaraq 974 min tona çatıb, – o, brifinqdə deyib.

Eyni dövrdə Özbəkistana tədarük 34% artaraq 3,7 milyon ton, Tacikistana 47% artaraq 1,395 milyon ton, Əfqanıstana 52% artaraq 329 min ton, Qırğızıstana isə 2,1 dəfə artaraq 262 min ton olub.

“Qazaxıstan temir yolu”nun məlumatına görə, ümumi taxıl və un ixracı (taxıl ekvivalenti ilə) 12,6 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol