• $
  • £

2026-cı ildə qlobal neft bazarında rekord təklif profisiti gözlənilir adır

2026-cı ildə qlobal neft bazarında rekord təklif profisiti gözlənilir adır
13.08.2025 17:22

2026-cı ildə dünya neft bazarında hasilatın artması və tələbat artımının zəifləməsi fonunda rekord həddə təklif profisiti yaranacaq, Beynəlxalq Enerji Agentliyinin (BEM) avqust hesabatında deyilir. Bu barədə Bloomberg xəbər verir.

Agentliyin məlumatına görə, dünya üzrə neft ehtiyatları sutkada 2,96 milyon barel sürətlə artacaq, 2024 və 2025-ci illərdə tələbatın artımı isə 2023-cü illə müqayisədə iki dəfədən çox aşağı olacaq. Avqust ayında xam neft hasilatı tarixi maksimuma – sutkada 85,6 milyon barelə yaxınlaşacaq.

2024-cü ildə qlobal təklif əvvəlki 2,1 milyon barel proqnozu əvəzinə 2,5 milyon barel/sutka artacaq, 2025-ci ildə isə əlavə olaraq 1,9 milyon barel/sutka yüksələcək.

BEM bildirir ki, Rusiya və ya İrana qarşı yeni sanksiyalar tətbiq edilərsə, vəziyyət dəyişə bilər.

Bu il dünya üzrə neft istehlakı sutkada cəmi 680 min barel artacaq – bu, 2019-cu ildən bəri ən aşağı göstəricidir. 2026-cı ildə isə artım 700 min barel/sutka olacaq.

Agentlik proqnozlaşdırır ki, ölkələr fosil yanacaqlardan elektrikli nəqliyyata keçdikcə, onilliyin sonuna qədər qlobal neft tələbatının artımı dayanacaq.

Bu il Londonda Brent markalı neftin qiyməti təxminən 12% azalaraq barel üçün 66 dollara düşüb ki, bu da illərlə davam edən inflyasiyadan sonra istehlakçılara müəyyən rahatlıq gətirib və yanacaq qiymətlərinin azalmasına çalışan ABŞ prezidenti Donald Tramp üçün siyasi qələbə sayıla bilər.

Lakin Bloomberg qeyd edir ki, bu tendensiya neft hasil edən şirkət və ölkələrin maliyyə sabitliyinə təhdid yaradır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol