• $
  • £

Bu ilin yeddi ayında Azərbaycanda 762 yeni İİV yoluxması qeydə alınıb

Bu ilin yeddi ayında Azərbaycanda 762 yeni İİV yoluxması qeydə alınıb
14.08.2025 11:04

2025-ci ilin ilk yeddi ayı ərzində aparılan müayinələr nəticəsində Azərbaycanda 762 nəfər İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxmuş şəxs aşkarlanaraq qeydiyyata alınıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib.

Onlardan 749 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbidir. Yoluxanların 542-si kişi, 207-si qadındır.

Azərbaycan vətəndaşları arasında inyeksion narkotik istifadəsi ilə əlaqəli yoluxma halları 35 nəfər təşkil edib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə (799 nəfər) bu il yoluxma hallarının sayında cüzi azalma müşahidə olunur. Mütəxəssislər bu azalmanı vaxtında aparılan testlər və profilaktik tədbirlərlə izah edirlər.

Mərkəz İİV-in qarşısının alınmasında maarifləndirmə, riskli davranışlardan çəkinmə, mütəmadi testlərdən keçmək və ehtiyac olduqda həkim məsləhəti almağın vacibliyini vurğulayıb. Hazırda ölkə üzrə İİV testləri Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində və regional laboratoriyalarda ödənişsiz, anonim və konfidensial şəkildə aparılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Cəmiyyət 15:43
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Cəmiyyət 15:00
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Cəmiyyət 14:13
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Bulvarda gülləri əzənlər polisə çağırılıb
Cəmiyyət 14:08
Bulvarda gülləri əzənlər polisə çağırılıb

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 13:04
Sabah Bakıya yağış yağacaq
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Cəmiyyət 12:53
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Cəmiyyət 12:41
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Bakıda daha iki ərazidə yollar təmir edilib
Cəmiyyət 12:31
Bakıda daha iki ərazidə yollar təmir edilib
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Cəmiyyət 12:31
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol