• $
  • £

Xırdalandan Sumqayıta və Novxanıya hərəkət edən avtobuslar yenilənib

Xırdalandan Sumqayıta və Novxanıya hərəkət edən avtobuslar yenilənib
14.08.2025 14:41

Xırdalan şəhərindən Sumqayıt şəhəri və Novxanı kəndi istiqamətlərində fəaliyyət göstərən 523 və 535 nömrəli marşrutların avtobusları yenilənib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, “F.Rövşən” istehsalat müəssisəsi tərəfindən ölkəyə 2025-ci il istehsalı olan 31 avtobus gətirilib.

Sıxılmış təbii qaz və dizellə işləyən “İsuzu” markalı müasir və komfortlu nəqliyyat vasitələrindən 16-sı Sumqayıt və Xırdalan şəhərlərini, 15-i isə Xırdalan şəhəri və Novxanı kəndini əlaqələndirir. Sərnişin tələbatına uyğun olaraq, xəttə çıxan avtobusların sayı artırılacaq.

Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən daim diqqətdə saxlanılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Cəmiyyət 15:43
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Cəmiyyət 15:00
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Cəmiyyət 14:13
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Bulvarda gülləri əzənlər polisə çağırılıb
Cəmiyyət 14:08
Bulvarda gülləri əzənlər polisə çağırılıb

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 13:04
Sabah Bakıya yağış yağacaq
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Cəmiyyət 12:53
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Cəmiyyət 12:41
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Bakıda daha iki ərazidə yollar təmir edilib
Cəmiyyət 12:31
Bakıda daha iki ərazidə yollar təmir edilib
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Cəmiyyət 12:31
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol