• $ 1.7
  • € 1.9894
  • ₽ 0.021364
  • ₺ 0.0417
  • £ 2.3077

Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib

Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14.08.2025 14:48

 

Mobil operator müştəri məmnuniyyəti üzrə beynəlxalq standartlardan üstün nəticələr əldə edib

2025-ci ilin ilk altı ayı ərzində “Azercell Telekom”un müştəri xidmətləri kanalları üzərindən 2,5 milyondan çox müraciət qeydə alınıb. Bu dövrdə Telefon Mərkəzinə 1.5 milyona yaxın zəng daxil olub. Onlayn Müştəri Xidmətləri isə ümumilikdə 400 min sorğunu cavablandırıb. Bu sorğuların 224 mini şirkətin “Facebook”, “Instagram”, “LinkedIn”, “X” və “TikTok” sosial media hesabları vasitəsilə qeydə alınıb. Eyni zamanda, Azercell-in mobil tətbiqinə inteqrasiya edilmiş süni intellekt əsaslı “AI Chat Bot” 800 minə yaxın müraciəti emal edib. 

Telefon Mərkəzinə daxil olan zənglərin ortalama cavablandırılma müddəti 2 dəqiqə 45 saniyə təşkil edib ki, bu da  6-7 dəqiqəlik beynəlxalq standart ilə müqayisədə təqribən iki dəfə qısadır. Sorğular əsasən internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, balans və ödəniş məsələləri, tarif planları  və digər xidmətləri əhatə edib. 

Azercell-in Azərbaycan dilində tam spektr xidmət göstərən süni intellekt əsaslı ilk virtual assistenti olan “Aicell” də artıq müştəri məmnuniyyətinə öz töhfəsini verir. Belə ki, Telefon Mərkəzinə müraciət etmiş müştərilərin 84%-in sorğusu “Aicell” tərəfindən emal edilib. Məlumatlandırma, xidmətlərin aktivləşdirilməsi və deaktivləşdirilməsi daxil olmaqla, 10 istiqamət üzrə xidmət göstərən virtual assistent Mərkəzə daxil olmuş zənglərin 17%-ni müstəqil şəkildə cavablandırıb, digər sorğuları isə aidiyyəti üzrə yönləndirib. 

Ötən ilin dekabr ayında “Azercell” mobil tətbiqində istifadəyə verilən “AI Chat Bot” isə istifadəçilərin istəklərini 90% dəqiqliklə anlayaraq onların 68%-ni birbaşa cavablandırıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola düşüb
Cəmiyyət 12:09
Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola düşüb
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb
Cəmiyyət 11:38
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb
Kəlbəcərdə kişi qayadan yıxılıb
Cəmiyyət 11:22
Kəlbəcərdə kişi qayadan yıxılıb
Unun topdansatış qiymətləri açıqlanıb
Cəmiyyət 10:45
Unun topdansatış qiymətləri açıqlanıb
“Cəfər Cabbarlı - Nizami” xəttində tunelin inşası 4-5 ay çəkəcək
Cəmiyyət 10:32
“Cəfər Cabbarlı - Nizami” xəttində tunelin inşası 4-5 ay çəkəcək

Bakının 3 rayonunda qaz olmayacaq
Cəmiyyət 09:40
Bakının 3 rayonunda qaz olmayacaq
Sabirabadda mərkəzi bazarda yanğın baş verib
Cəmiyyət 21:23
Sabirabadda mərkəzi bazarda yanğın baş verib
Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək
Cəmiyyət 19:49
Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək
Bakı metrosunda xətlərin ayrılması layihəsinə hazırlıq işlərinə başlanılır
Cəmiyyət 18:31
Bakı metrosunda xətlərin ayrılması layihəsinə hazırlıq işlərinə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol