• $
  • £

“Cəfər Cabbarlı - Nizami” xəttində tunelin inşası 4-5 ay çəkəcək

“Cəfər Cabbarlı - Nizami” xəttində tunelin inşası 4-5 ay çəkəcək
15.08.2025 10:32

“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası üçün hazırlıq işləri 4-5 ay davam edəcək. Bu barədə  səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, hazırlıq işləri çərçivəsində “28 may” stansiyası ətrafında iki ərazidə şaxtalar qazılacaq. Tikinti meydançalarından biri stansiyanın qarşısında, digəri isə arxa hissəsində - Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma sahəsində yerləşir.

Ərazi təhlükəsizlik norma və qaydalarına riayət olunmaqla hazırlanacaq, bütün müasir standartlarla çətin geoloji şəraitdə diametri 12 metrə yaxın olan şaxtaların qazıntısı başlanılacaq. Dərinliyi 30 metrdən çox olan şaxtalar lazımı dərinliyə çatdıqdan sonra əsas tunellərə doğru kiçik həcmdə yanaşma tunelləri qazılacaq. Bununla da şaxtaların qazılma prosesi yekunlaşacaq. Qeyd olunan proses təxminən 4-5 ay müddətində davam edəcək və metropolitendə hərəkətin normal təşkilinə heç bir maneə yaratmayacaq. Sərnişinlər metrodan indiyə qədər olan intervalla istifadəni davam etdirəcəklər. Əlavə olaraq, aparılan qazma işləri ərazidə olan avtobusların hərəkətinə və dəmir yolu vağzalının iş qrafikinə heç bir təsir göstərməyəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Cəmiyyət 15:43
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Cəmiyyət 15:00
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Cəmiyyət 14:13
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Bulvarda gülləri əzənlər polisə çağırılıb
Cəmiyyət 14:08
Bulvarda gülləri əzənlər polisə çağırılıb

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 13:04
Sabah Bakıya yağış yağacaq
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Cəmiyyət 12:53
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Cəmiyyət 12:41
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Bakıda daha iki ərazidə yollar təmir edilib
Cəmiyyət 12:31
Bakıda daha iki ərazidə yollar təmir edilib
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Cəmiyyət 12:31
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol