• $
  • £

Azad olunmuş ərazilərdə məskunlaşan sakinlərdən 5 min 420 nəfər məşğulluqla təmin edilib


Azad olunmuş ərazilərdə məskunlaşan sakinlərdən 5 min 420 nəfər məşğulluqla təmin edilib
15.08.2025 16:41

Ölkənin azad olunmuş ərazilərində məskunlaşdırılan sakinlərdən 5 min 420 nəfərin məşğulluğu təmin edilib. Bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Laçın rayonunda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş kiçik təsərrüfatlara təşkil etdiyi mediatur zamanı açıqlanıb.

"Konstitusiya və Suverenlik ili" çərçivəsində təşkil olunan mediatur öz suverenliyini tam bərpa etmiş Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də sakinlərin məşğulluğunun təminatı, o cümlədən kiçik təsərrüfatlara yiyələnmələri üçün həyata keçirdiyi tədbirlər barədə media təmsilçilərini əyani şəkildə məlumatlandırmaq məqsədi daşıyıb.

.

Qeyd olunub ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 5420 şəxsin məşğulluğu təmin olunub. Onlardan 422 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Doğma yurdlarına qayıtmış vətəndaşlardan 249 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 621 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.

Media nümayəndələri əvvəlcə Laçın rayonunun Sus kənd sakini Namiq Əhmədovun xidmət sahəsində olublar. O, özünüməşğulluq proqramı çərçivəsində “Kişi bərbərxanası” zərfi üzrə avadanlıqlarla təmin olunaraq öz işini qurub.


 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Cəmiyyət 15:43
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Cəmiyyət 15:00
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Cəmiyyət 14:13
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Bulvarda gülləri əzənlər polisə çağırılıb
Cəmiyyət 14:08
Bulvarda gülləri əzənlər polisə çağırılıb

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 13:04
Sabah Bakıya yağış yağacaq
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Cəmiyyət 12:53
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Cəmiyyət 12:41
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Bakıda daha iki ərazidə yollar təmir edilib
Cəmiyyət 12:31
Bakıda daha iki ərazidə yollar təmir edilib
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Cəmiyyət 12:31
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol