• $
  • £

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs olunub -YENİLƏNİB

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs olunub -YENİLƏNİB
18.08.2025 18:13

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan əcnəbilər barəsində həbs qətimkan tədbiri seçilib.Bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onlar 3 ay müddətə həbs olunublar.

***

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb.

DİN-nin Mətbuat Xidmətindən bildirilib ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

****

Bakıda Şəhidlər Xiyabanında təhqiramiz videolar çəkən ərəb turistlər saxlanılıb. Bu barədə DİN məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə xarici vətəndaşların şəhid məzarları önündə hörmətsizlik etməsi cəmiyyətdə ciddi narazılıq yaradıb. Hüquq-mühafizə orqanları həmin şəxsləri qısa zamanda müəyyənləşdirərək saxlayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Cəmiyyət 14:13
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Bulvarda gülləri əzənlər polisə çağırılıb
Cəmiyyət 14:08
Bulvarda gülləri əzənlər polisə çağırılıb

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 13:04
Sabah Bakıya yağış yağacaq
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Cəmiyyət 12:53
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Cəmiyyət 12:41
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Bakıda daha iki ərazidə yollar təmir edilib
Cəmiyyət 12:31
Bakıda daha iki ərazidə yollar təmir edilib
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Cəmiyyət 12:31
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır
Cəmiyyət 11:24
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır
DİN: İki gündə 83 cinayətin üstü açılıb
Cəmiyyət 10:16
DİN: İki gündə 83 cinayətin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol