• $
  • £

Rezidenturaya qəbulun nəticələri açıqlanıb



Rezidenturaya qəbulun nəticələri açıqlanıb
18.08.2025 17:08

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

bu barədə DİM məlumat yayıb.

Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 603 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 585 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini avqustun 19-u günün ikinci yarısından etibarən abiturient.az saytından “PDF” formatda əldə etmək mümkün olacaq.

Rezidenturaya qəbul olunanlar 21 - 28 avqust (saat 18:00-dək) tarixlərində portal.edu.azplatformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.

Rezidenturaya qəbul olunanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında veriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Cəmiyyət 14:13
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Bulvarda gülləri əzənlər polisə çağırılıb
Cəmiyyət 14:08
Bulvarda gülləri əzənlər polisə çağırılıb

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 13:04
Sabah Bakıya yağış yağacaq
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Cəmiyyət 12:53
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Cəmiyyət 12:41
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Bakıda daha iki ərazidə yollar təmir edilib
Cəmiyyət 12:31
Bakıda daha iki ərazidə yollar təmir edilib
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Cəmiyyət 12:31
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır
Cəmiyyət 11:24
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır
DİN: İki gündə 83 cinayətin üstü açılıb
Cəmiyyət 10:16
DİN: İki gündə 83 cinayətin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol