• $
  • £

Fransa qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqları Almaniyaya qaytarıb

Fransa qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqları Almaniyaya qaytarıb
18.08.2025 20:06

Azərbaycan vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladının qəyyumluğunun valideynlərdən alınması ilə bağlı Almaniya məhkəməsinin qərarına uyğun olaraq, Fransa tərəfi, ərazisində müvəqqəti saxladığı azyaşlı uşaqlar Abdullayev Dəniz Məhəmməd oğlu və Abdullayev Araz Məhəmməd oğlunun Almaniya tərəfinə geri qaytarılmasına razılıq verib.Bu barədə Azərbaycanın Fransadakı Səfirliyi məlumat yayıb.

Haqqında bəhs edilən uşaqlar, 18 avqust 2025-ci il tarixində Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə geri qaytarılıb.

“Almaniyada dünyaya gələn iki azyaşlının valideynlərinə qaytarılması üçün bundan sonrakı mərhələdə Almaniya hüquq müstəvisində müvafiq tədbirlər görüləcəkdir.

Mövcud durumda həm Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyi, həm də Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsi vasitəsilə vətəndaşlara hüquqi dəstək göstəriləcəkdir.

Yaranmış vəziyyət ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının vətəndaşlarına bir daha müraciət edərək, xarici ölkələrdə bu kimi hallarla üzləşdikləri zaman dərhal Azərbaycanın bu ölkədəki səfirliyinə xəbər verilməsi israrla xahiş olunur. Səfirliyin öncədən məsələ ilə bağlı məlumatlı olması, vaxtında tədbirlərin görülməsinə və hadisələrin arzuolunmaz istiqamətdə inkişafının qarşısının alınmasına imkan yaradır”, - məlumatda qeyd olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Cəmiyyət 14:13
Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Bulvarda gülləri əzənlər polisə çağırılıb
Cəmiyyət 14:08
Bulvarda gülləri əzənlər polisə çağırılıb

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 13:04
Sabah Bakıya yağış yağacaq
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Cəmiyyət 12:53
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Cəmiyyət 12:41
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Bakıda daha iki ərazidə yollar təmir edilib
Cəmiyyət 12:31
Bakıda daha iki ərazidə yollar təmir edilib
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Cəmiyyət 12:31
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır
Cəmiyyət 11:24
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır
DİN: İki gündə 83 cinayətin üstü açılıb
Cəmiyyət 10:16
DİN: İki gündə 83 cinayətin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol