Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Türkiyədə 45 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.
Ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə TKTA-ya 22 min 578 müraciət daxil olub. Bu müraciətlərin 5 min 327-si (19%) Türkiyədə əldə olunan kvalifikasiyaların payına düşür.
Aytac